Çaylaq yolu

Çaylaq yolu
Hər səhər Çaylaq aşağı bir kişi aram addımlarla işə gedərdi. Adətiydi, işə vaxtından əvvəl getməyi xoşlayırdı.Yolda çox vaxtı məktəblilərlə yoldaş olardı. Elə məktəblilər də vardı ki, onunla yol gedəndə darıxırdı deyə, yanından ötüb keçirdilər. Axşam işdən çıxanda, əlində bükülü qəzet həmin yolu yenə arxayın Çaylaq yuxarı addımlayardı. Bir bazar günü, bir də bayram günü onu bu yolda görən olmazdı.
Qaynayasının evi iş yolunun üstə olsa da, işdən çıxan zaman ora dönməzdi. Adəti üzrə ancaq evə gələrdi. Çünki evinə, elinə, ocağına bağlı insan idi. O, istəsəydi, onu maşınla aparıb gətirərdilər. Ancaq o, heç kimə zəhmət vermək istəmirdi. Beləcə neçə illər bu yolu payi-piyada gedib-gəldi. Mərzili kəndi ermənilər tərəfindən işğal olana qədər.
Qısa arayış: Bəylər Qurban oğlu Kərimov 1941-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlib.
Mərzili kənd səkkizillik məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Novruzlu kənd orta məktəbinə gedir. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra BDU-nin İqtisadiyyat fakultəsinə qəbul olur. BDU-ni uğurla başa vurandan sonra onu təyinatla Ağdam rayon “1 May” kolxozuna göndərirlər.
Bəylər Kərimov kolxoza işlməyə göndəriləndə mən məktəbliydim. O zaman kəndimizdəki “1 May” kolxozunda ali təhsilli mürəxəsislərə böyük ehtiyac vardı. O, adi iqtisadçıdan Baş iqtisadçı vəzifəsinə yüksəldi. İqtisdi yeniliklər edərək kolxozun adlı-sanlı kolxozların sırasına çıxmağına kömək etdi.
1970-ci illərdə kolxozun, sovxoz olaraq təyinatı dəyişdirildi. Bir sovxoz kimi də yeni planlar, yeni öhdəliklr götürdülər. O zaman sovxozun 40 min baş xırda buynuzlu, 1000 başdan çox iribuynuzlu mal-qarası, 1000 ha üzüm sahəsi vardı… Belə bir böyük təsərrüfatın Baş iqtisadçısı, Baş mühasibi işləmək (həm də uzun müddət) hər adamın işi deyil.
Kərimov Bəylər həm də yenilikçiydi. Hər işə, hər hadisəyə onun öz münasibəti vardı. Cibində Kommunist partiyasının biletini gəzdirsə də (vəzifəsinə görə məcbur idi), qəlbən Musavatçıydı. Sovetlər rejimi dağılan kimi “1 May” sovxozu adının dəyişilib “Mərzili” kolxozu qoyulmasında onun böyük əməyi danılmazdı.
1988-ci il hadisələri zamanı, ermənilər xarici diaspor təşkilatlarının dəstəyi ilə torpaqlarımızın ələ keçirilməsi ilə əlaqədar nümayişlərə başladılar. Erməni ideoloqlarının əlehinə SSRİ MK- ya məktublar yazmağa başladıq. Bu fəallardan biri də Bəylər idi. Sonra torpaqlarımız uğrunda döyüşlər başladı. Baş mühasib Bəşir Şirinov (Allah rəhmət eləsin!) səhhəti ilə əlaqədar mühasibatlığı da Bəylər Kərimova tapşırdı. O, həm mühasibatlığa, həm də iqtisadiyyata nəzarət etməli oldu. Bir müddət sonra Sovetdən qalma bu təsərrüfat sistemi də dağıldı. Ancaq Bəylər insanların əməyini əks etdirən bu kitabları atmadı, qoruyub saxladı.
Onun işsiz qaldığını görən Ağdam peşə məktəbinin o zamankı direktoru Bəyləri müəllim işləməyə dəvət edir. Bir neçə il burada dərs deyəndən sonra, sağlamlığı imkan vermədiyinə görə ərizə yazıb işdən azad olur. Onunla hansı sahədə desən döhbət etmək maraqlı idi. Siyasəti də, tarixi də, ədəbiyyatı da iqtisadiyyatı bildiyi qədər bilirdi. Çox təmkinliydi. Hadisələrə soyuqqanlı yanaşırdı. Ancaq 85 yaşında Bəylər Kərimov bizi tərk edib əbədiyyətə qovuşdu.
Şair, publisist AJB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


