Şəhidlərimizin anım günü

Şəhidlərimizin anım günü
13 iyun 2026-cı ildə Ağdam Polis alayının döyüşçüsü Arif Kamal oğlu Quliyevin və itkin düşən Elbrus Teymur oğlu Novruzovun Eyvazxanbəyli kənd qəbristanlığında anım günü keçirildi.
Tədbirdə Azərbaycan himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidin qəbrin tədbirə gələn döyüş yoldaşları, əzizləri ziyarət etdilər. Sonra şəhidlərin və qəbristanlıqda uyuyan bütün dünyasın dəyişənlərin ruhlarına bir surə oxundu. Şəhidin məzarı üstünə Ağdam Polis alayı adından əklil və qərənfil gülləri qoyuldu.
Anım günündə iştirak edən Ağdam Polis alayının döyüşçüləri Saleh Qarayev və Mehman Baxşəliyev döyüş yoldaşları Ariflə olan xatirələrindən danışdılar. Onun necə tədbirli, sadə qəlbli, cəsarətli, dostluğa sədaqətindən danışdılar. Görüşdə iştirak edən şair-publisist Məmməd Mərzili şəhidlərimizin, qazilərimizin döyüşlərdəki qəhrəmanlıqlarından söz açdı. Qəbristanlıqda yaradılan bu şəraitə görə təşkilatçılara, ağsaqqallara xoş sözlər dedi. Kənd ağsaqqalı seyid Əkbər Fərzanov, Rasim müəllim, Gündüz müəllim bizə bu günü yaşadan şəhidlərə, qazilərə, ordumuza və Ali Baş komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Şəhidin qardaşı Vaqif anım gününə gələn qonaqlara, döyüş yoldaşlarına təşəkkür etdi.
Məmməd Gürşadoğlu
AJB-nin üzvü

