Paradına qurban olum ey əsgər!

Paradına qurban olum ey əsgər!
Vətən sevgisiylə, eşqilə səni
Yaradana qurban olum ey əsgər
İlk dəfə xalqına fərəh yaşadan
Paradına qurban olum ey əsgər!
Səngərdə üşüyən, donan əlinə
Şeh düşmüş torpaqlı, tozlu telinə
Qarabağ vətəndir deyən dilinə
Fəryadına qurban olum ey əsgər!
Yenə doğularmış Koroğlu, Nəbi
Yenə dirilərmiş o xan Çələbi
Adına layiqmiş “boz qurd” ləqəbi
Soyadına qurban olum ey əsgər!
Hünərlə alışdın, qeyrətlə yandın
Hər qarış torpağı müqəddəs sandın
Vətən arzuladın, zəfər qazandın
Muradına qurban olum ey əsgər!
24.09.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var


