Weather Data Source: havadurumuuzun.com

Şəhidin anım günü

Şəhidin anım günü

2 oktyabr 2026-cı il tarixində Mingəçevir şəhərindəki 19 saylı məktəbdə qəhrəman Vətən övladlarının anım günləri ilə bağlı tədbirlər silsiləsindən növbəti görüş baş tutub. Şəhər ziyalılarının iştirakı və Mingəçevir şəhər Təhsil şöbəsinin (müdir Rüstəm Aslanov) dəstəyi ilə məktəbin məzunu olmuş şəhid Eldar Həsənlinin anım günü keçirilib.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Sonra Ərazi bütövlüyümüz uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi. Bu anım gününü açan 19 saylı məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva gələn şəhid ailələrini və qonaqları salamladı. Sonra sözü Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir bölməsinin sədri Adilə Cəlilovaya və Qadınlar Cəmiyyətinin üzvü Gülbadam Süleymanovaya verdi. Adilə xanım ailədə uşaqların tərbiyəli böyüməsində qadınların rolundan danışdı. Şəhidin anasına, həyat yoldaşına baş sağlığı və təsəlli verdi. Şair-publisist Məmməd Mərzili (Gürşadoğlu) ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlərimizin qəhrəmanlığından söz açdı. Şəhidlərə həsr etdiyi şeirlərdən birini söylədi. Məktəbin şagirdləri şəhidlərə ithaf olunmuş mahnı oxudular, şeirlər söylədilər.
Məktəbin direktoru Ülviyyə müəllimə məktəbin məzunu olmuş şəhid Eldar Həsənlinin əlaçı şagird olmasını, ali təhsil almasını tədbir iştirakçılarına çatdırdı. Ən qürurverici odur ki, şəhidin özündən sonra dünyaya gələn yeganə qız övladı Zərifə atasının oxuduğu məktəbin hazırlıq qrupuna daxil olub. Bu məktəbin 4 şəhidi var.
Şəhidin anası Nəzakət xanım və həyat yoldaşı Fəridə müəllimə şəhid Eldar Həsənlinin anım günün keçirilməsində əməyi olan Mingəçevir Təhsil şöbəsinin müdiri Rüstəm Aslanova, məktəbin direktoru Ülviyyə Fətəliyevaya, tədbiri hazırlayan şairə Nərmin Əliyevaya və tədbiri işıqlandıran mətbuat işçilərinə təşəkkür etdilər. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Top