Weather Data Source: havadurumuuzun.com

Beynəlxalq əməkdaşlığa, peşəkar inkişafa və yeni imkanlara doğru daha bir mühüm addım!

Beynəlxalq əməkdaşlığa, peşəkar inkişafa və yeni imkanlara doğru daha bir mühüm addım!

Bu gün Üfüq Platforması və Təhsil Tədris Mərkəzinin @tehsiltedrismerkezi birgə əməkdaşlığı çərçivəsində əlamətdar və yaddaqalan görüş keçirilib.

 

Görüşün əsas məqamlarından biri iştirakçılara beynəlxalq sertifikatların təqdim olunması olub. Təqdim edilən sertifikatlar iştirakçıların əldə etdikləri bilik və bacarıqların beynəlxalq səviyyədə təsdiqinə xidmət etməklə yanaşı, onların gələcək təhsil və peşə fəaliyyətlərində yeni imkanlara yol açan mühüm göstəricidir.

Görüş zamanı təhsil, peşəkar inkişaf, beynəlxalq imkanlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm məqamlar müzakirə olunub.

Bu əlamətdar görüş Üfüq Platformasının təsisçisi və rəhbəri Pərvanə Salmanqızı Abdullayeva və Təhsil Tədris Mərkəzinin təsisçisi və rəhbəri Rəvanə Hüseynovanın rəhbərliyi ilə həyata keçirilən birgə fəaliyyətin daha bir mühüm nümunəsidir.

Təhsil və inkişafı əsas prioritetlərindən biri kimi müəyyənləşdirən hər iki qurumun əməkdaşlığı çərçivəsində qarşıdakı dövrdə də yeni layihələrin, maarifləndirici görüşlərin və beynəlxalq imkanların təqdim olunması istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Bu görüş yalnız sertifikat təqdimatı deyil, bilik, inkişaf və yeni perspektivlərə açılan daha bir qapıdır.

Rəvanə Hüseynova

Birlikdə öyrənir, inkişaf edir və daha böyük hədəflərə doğru inamla irəliləyirik!

Pərvanə Salmanqızı Abdullayeva

Müəllif: Mirzəyeva Nərgiz

Top