Weather Data Source: havadurumuuzun.com

“Zümrüdü Anka Quşu” – yeni kitabım tezliklə oxucularla görüşəcək

“Zümrüdü Anka Quşu” – yeni kitabım tezliklə oxucularla görüşəcək
Bəzən bir kitab sadəcə sözlərdən ibarət olmur. O, insanın daxili dünyasına açılan bir qapıya, yaşanmış duyğuların, düşüncələrin, ümidlərin və həyat fəlsəfəsinin ifadəsinə çevrilir.
“Zümrüdü Anka Quşu” adlı yeni kitabım üzərində uzun müddətdir apardığım yaradıcılıq işinin nəticəsidir. Əsərin adında xüsusi məna daşıyan Zümrüdü Anka yenidən doğuluşun, ümidin, mübarizənin, ruhun gücünün və insanın çətinliklərdən sonra yenidən ayağa qalxmasının simvoludur.
Kitabın səhifələrində insanın ruh və cisim vəhdəti, sevgi, vicdan, həyat, mənəvi kamillik, ümid və əbədiyyət haqqında düşüncələr öz əksini tapır. Əsərdə yer alan “Ruhla Cismin Vəhdəti” şeiri də kitabın əsas fəlsəfi xəttini tamamlayan nümunələrdəndir.
Bu kitab mənim üçün yalnız yeni bir nəşr deyil, həm də qəlbimdən keçənlərin, həyatla bağlı düşüncələrimin və oxucuya çatdırmaq istədiyim mənəvi mesajların bir ifadəsidir.
“Zümrüdü Anka Quşu”
Müəllif: Pərvanə Salmanqızı
Yeni kitabım tezliklə oxucuların ixtiyarına veriləcək. İnanıram ki, hər oxucu bu kitabın səhifələrində öz dünyasından bir iz, öz ruhundan bir parça və yenidən doğulmağa səbəb olacaq bir ümid tapacaq.
Zümrüdü Anka kimi — insan da bəzən öz külündən yenidən doğulur…
Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şair-publisist

Top