SƏN QADIR ALLAH

SƏN QADIR ALLAH
Qalxsam səmalara
Bir uşaq kimi.
Basarsan bağrına
Nə olar Allah.
Geniş kainatda
Pərvaz edəndə.
Sevgi işığınla
Şifa ol Allah.
Sil kini,öfkəni
Öz nurunla sən.
Xilas et bəşəriyyəti
Sən qoru Allah.
Yağdır səmalardan
Nurunu hərdən.
Sevgi tumurcuğu,
Cücərsin Allah.
Vermə fürsət,
Kinə, öfkəyə
Sevgi məşəlinlə,isit qəlbləri
Sən Qadir Allah.
11.11.2024
Pərvanə Salmanqızı


