Weather Data Source: havadurumuuzun.com

Kitabını alan yox, edam edin şairi!

EDAM EDİN ŞAİRİ

“Piştaxta” arxasında oturunca vasvası,
Qarışıq fikirlərdən partlamaqda qafası,
Alın götürün ordan, bitsin artıq cəzası,
Sinəsinin üstünə yarlıq edin şeirin,
Kitabını alan yox, edam edin şairi!

Qara bulud dolaşıb başı üstündən keçir,
Günəşin şüarları dəryaca tərin içir,
Gələnlər nəzər edir, guya kitablar seçir,
Sevinci qram, qram, ölçüsü yox kədərin,
Kitabını alan yox, edam edin şairi!

Telefon, internetlə adamlar sosiallaşıb,
Tik-tok, instaqramdan şüurları kallaşıb,
Axı nə kitab alsın, durub, baxıb, dolaşıb,
Oturan nimdaş şair yaşayırsa betərin,
Kitabını alan yox, edam edin şairi!

Hansısa sözə görə soyardılar dərisin,
Söz də hədəfə dəydi tapmazdılar çarəsin,
Ölüləri anılır, sayan yoxdur dirisin,
Qələm, dəftər yazığın qarşılamır zərərin,
Kitabını alan yox, edam edin şairi!

Mütaliə, oxuya heç qalmayınca həvəs,
Kitablar da olublar əsir şeirə məhbəs,
İndi fikirlər azad, indi düşüncə sərbəst,
Verin oda yandırın hər misrasın, sətirin,
Kitabını alan yox, edam edin şairi!

Qalaq- qalaq kitablar məzarlığı andırır,
Baxışları buz kimi, içi için yandırır,
Elit bir cəmiyyətdə kimləri bu qandırır,
Ayağının altında kötük edin şeirin,
Kitabın oxuyan yox, edam edin şairi!

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Top