“Təxəyyül Art qrup”dan yeni layihə

“GÖZƏL İSMAYILLIM”
31.05.2026 -cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “GÖZƏL İSMAYILLIM” adlı İsmayıllı, Basqal, İvanovka gəzintisi baş tutmuşdur. İlk növbədə səhər yeməyi Savalan restoranında təşkil olunmuşdur. Daha sonra İsmayıllıya gedilərək, qrupun çox istedadlı aşıqı – aşıq Elçinin əmisinin vaxtsız vəfatı ilə bağlı qrup adından başsağlığı verildi. Bunun ardınca İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru – İkram İsmayılov ilə birlikdə Basqala gedildi. Basqalda iştirakçılar kəlağayı hazırlanan emalatxanada, kəlağayı ustası – Nizami usta ilə tanış oldular. Kollektiv xatirə fotosu çəkildi. Daha sonra isə “Məhsul” istirahət kompleksində yeni üzvlərlə birgə çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un İsmayıllı səfərinin, qrupun şairləri Mayıl Məmmədli və Vüsal Ağanın ad günü şərəfinə tort hazırlanmışdır. İlk növbədə qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadə gələn iştirakçıları salamlayaraq, Mayıl Məmmədli və Vüsal Ağanı ad günləri münasibəti ilə təbrik etdi. Daha sonra isə çıxış üçün söz qrup müavini, rəssam, qrafik dizayner Vüsalə Yunusovaya verildi. O da öz ürək sözlərini bildirdi. Bunun ardınca sənətşünas – Şəhanə Mansırova, AZMİU-nun dosenti Gülağa Ələsgərov çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Zaur Ustac, Vüsal Ağanın, Sara Quliyevanın, Mayıl Məmmədlinin qələmindən çıxmış şeirlər söylənildi. Tort kəsildi. Qrupun rəqqası Yəhya Cəlilov və qızların ifasında “Arşın mal alan” filmindən rəqs ifa olundu. “Məhsul” istirahət kompleksinin administratoru – Elman Kazımova təşəkkürnamə təqdim edildi. Xatirə fotoları çəkildi. Elə bu minvalla Təxəyyül Art Groupun üzüvləri üz tutdular İsmayıllının İvanovka kəndinə. Orada oranın yerli sakinləri ilə tanış olub, onların adət və ənənələrini öyrəndilər. Kənd məhsullarından əldə etdilər. Bunun ardınca iştirakçılar ilə Aşıqbayramlıda yerləşən “Sahil ailəvi istirahət” mərkəzinə gedildi. Orada iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi. Göyçayda nahar yeməyi yeyildi və gözəl rəqslər olundu. Bununla da gözəl gündən bir xoş xatirə qalaraq hamı üz tutdu Bakıya.

Fotoqraf: Şakir Rəhman
Məqaləni hazırladı: Vüsalə Yunusova
Sayta yerləşdirdi: Zaur Ustac
Oxuyun >> Gözündə tük var


