Сегодня, 1 июня международный праздник «День защиты детей»

Сегодня, 1 июня международный праздник «День защиты детей»
В сегодняшний праздник президент Азербайджанского национального культурного центра «Одлар Юрду» (Родной очаг) Фахраддин Саррафович Ярыев и председатель молодежной организации по СК Аббасов Илкин Шамил оглы и активисты диаспоры из города Пятигорска организовали гуманитарную помощь детям-сиротам в Красногвардейском районе, с. Преградном, Детский дом №8. На личном транспорте отвезли гуманитарную помощь в детский дом, передали гуманитарную помощь директору Виталию Анатольевичу и персоналу. Познакомились с детьми, для них сделаны все условия для удобного проживания, питание на высшем уровне, уход за ними очень хороший. Благодарим руководство края и Красногвардейского района за создание хороших условий проживания для детей-сирот. Мы были очень рады этой встрече с детьми и пообещали им, что ещё будем посещать их по мере возможности! Здоровья, блага, успехов и процветания им!
Bu gün, 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu”nun prezidenti Fəxrəddin Sərraf oğlu Yarıyev, Şimali Qafqaz üzrə Gənclər Təşkilatının sədri İlkin Şamil oğlu Abbasov və Pyatiqorsk şəhərində fəaliyyət göstərən diaspor fəalları tərəfindən xeyriyyə aksiyası təşkil olunmuşdur.
Onlar şəxsi nəqliyyat vasitələri ilə Krasnoqvardeysk rayonunun Preqradnoye kəndində yerləşən 8 nömrəli Uşaq Evinə humanitar yardım apararaq müəssisənin direktoru Vitali Anatolyeviçə və kollektivə təhvil vermişlər.
Səfər zamanı uşaqlarla yaxından tanış olmuş, onların yaşayışı üçün hər cür şəraitin yaradıldığının şahidi olmuşlar. Uşaqların qidalanmasının yüksək səviyyədə təşkil edildiyi, onlara göstərilən qayğı və diqqətin nümunəvi olduğu qeyd edilmişdir.
Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılmış bu gözəl şəraitə görə vilayət rəhbərliyinə və Krasnoqvardeysk rayonunun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Bu görüş iştirakçılarda xoş təəssüratlar yaratmış, uşaqlarla səmimi ünsiyyət qurulmuşdur. Diaspor nümayəndələri imkan olduqca gələcəkdə də uşaqları ziyarət edəcəklərinə söz vermişlər.
Uşaqlara möhkəm can sağlığı, xoşbəxt gələcək, firavan həyat, uğurlar və daim sevinc dolu günlər arzulayırıq!
Tərcümə edən,
Pərvanə Salmanqızı Jurnalist, şair-publisist.


