Qazi Yaqub Hacıyev 1 iyun tarixində qəfil vəfat edib

1978-ci il təvəllüdlü, II qrup əlil, ehtiyatda olan XTQ mənsubu və “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin fəal üzvlərindən biri Yaqub Hacıyev 1 iyun tarixində qəfil vəfat edib.
Mərhum ailəli olub. Ondan bir oğul və bir qız övladı yadigar qalıb.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Qeyd edək ki, mərhumun hüzr mərasimi 7 iyun tarixində Sumqayıt şəhərində yerləşən Arzu Mərasim Evində saat 11:00-dan 15:00-dək keçiriləcək.


