Həyatını ədalətə, həqiqətə və insanlıq dəyərlərinə həsr edən dəyərli Məhkəmə Tibb Eksperti Rəna Xudiyeva

Həyatını ədalətə, həqiqətə və insanlıq dəyərlərinə həsr edən dəyərli Məhkəmə Tibb Eksperti Rəna Xudiyeva
İnsan həyatının taleyini müəyyənləşdirən həssas məqamlarda peşəkarlıq, vicdan və məsuliyyət hissi ilə fəaliyyət göstərmək hər kəsə nəsib olmur. Bu müqəddəs və çətin peşənin daşıyıcısı olan Rəna xanım öz biliyi, zəhməti, dürüstlüyü və yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətimizdə böyük hörmət qazanmış ziyalı xanımlardandır.
Məhkəmə tibb ekspertizası yalnız elm deyil, həm də böyük ədalət missiyasıdır. Bu sahədə çalışan insanlar həqiqətin üzə çıxmasına, insan hüquqlarının qorunmasına və qanunun aliliyinin təmin olunmasına mühüm töhfələr verirlər. Rəna xanım da uzun illərdir bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirərək peşəsinə sədaqətin, insanlığa xidmətin və vicdanlı əməyin gözəl nümunəsini nümayiş etdirir.
Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, tükənməz həyat enerjisi, yeni-yeni uğurlar və peşə fəaliyyətinizdə daim yüksək nailiyyətlər arzulayıram.
Qoy ömrünüzün hər günü sevinc, xeyir-bərəkət və xoş xəbərlərlə dolu olsun. Uca Allah hər zaman Sizi qorusun, sağlamlığınızı möhkəm, qəlbinizi işıqlı, yolunuzu isə daim açıq etsin.
Doğum gününüz mübarək olsun, hörmətli Rəna xanım!
Pərvanə Salmanqızı
Jurnalist, şair,araşdırmaçı yazar.


