Papravənd-Qarapirim şəhidləri

Papravənd-Qarapirim şəhidləri
Bu gün, 28 iyun 2026-cı ildə Papravənd və Qarapirim kəndlərində şəhidlərin anım günü keçirildi. Anım günündə şəhid ailələri, kənd ağsaqqalları, qazilər, Vətən müharibəsinin veteranları və qonaqlar iştirak edirdilər. İştirakçılar Papravənd qəbristanlığındakı şəhidlərin şəkilləri düzülmüş dəmir lövhə qarşısına toplanmışdılar.
Tədbir Azərbaycan himni ilə başladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Yığıncağı Ağdam RİH-nin Papravənd kənd İnzibati ərazi dairəsi üzrə Papravənd-Qarapirimli kənd ərazi nümayəndəsi Əliyev Hümbət Kərim oğlu açdı. O, zəhmət çəkib bura gələn həmkəndlilərini salamladı. Sonra sözü Hacı Vüqara verdi. Hacı Vüqar şəhidlərimizin və bu qəbristanlıqda uyuyan kənd sakinlərinin ruhuna bir surə oxudu. Bundan sonra söz keçmiş Ağdam İH-nin başçısı Həsən Sarıyevə, keçmiş polis işçisi Qərib müəllimə, Azad VP-nın sədri Akif Nağıya, Qədulla müəllimə, şəhid ailələrinə və başqalarına verildi. Çıxış edənlər Ali baş komandan, hörmətli prezidentimiz İlham Əliyevə torpaqlarımızın azad edilməsində göstərdiyi qətiyyətə görə və apardığı davamlı siyasətə görə minnətdarlıqların bildirdilər. Ordumuzun müasir NATO standartlarına cavab verməsindən, düşmən layiqli zərbə vurmasından danışdılar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər dedilər.
Görüş iştirakçıları çıxışlardan sonra şəhidlərin, dünyasın dəyişən əzizlərinin məzarların ziyarət etdilər. Bundan sonra maşınlara oturub Qarapirim kənd qəbristanlığına yola düşdük. Orada dəfn olunmuş şəhidlərin ruhlarına dualar oxundu.
Şəhidlər ziyarət edildikdən sonra yenə Papravənd kəndinə qayıtdıq.
Kənd qəbristanlığının yanında qurulmuş kişilər və qadınlar üçün çadırda təşkil olunmuş çay və şirniyyat süfrəsi açılmışdı. Bu günkü anım gününü və ehsan süfrəni Papravənd kənd İnzibati ərazi nümayəndəsi Hümbət Əliyevin, Hacı Namiqin təşəbbüsü ilə onlarla birlikdə oxumuş 1985-ci ilin məzunları təşkil etmişdilər. Hacı Namiq təklif etdi ki, hər ilin bu günü həm də kənd camaatının həmrəyliyi günü kimi keçirək.
Tədbir ruh yüksəkliyi ilə keçirildi. Verdiyi dəstəyə görə onlar Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova minnətdarlıqlarını bildirdilər. Tədbirdən fotolar:





Müəllif: Məmməd Gürşadoğlu,
Şair, publisist AJB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


