Weather Data Source: havadurumuuzun.com

“SÖZƏ SIĞMAYAN İNSAN”

“SÖZƏ SIĞMAYAN İNSAN”

Tezliklə oxucularımın ixtiyarına veriləcək.
Bəzən bir insanı tanımaq üçün uzun illər belə kifayət etmir. Çünki insan yalnız adı, siması və ya yaşadığı ömür deyil İnsan öz daxilində bir dünya, bir tarix, bir kainat daşıyır. Məhz bu düşüncədən doğan “SÖZƏ SIĞMAYAN İNSAN” kitabı oxuculara insanın mənəvi sonsuzluğunu, daxili aləminin dərinliklərini və həyatın fəlsəfi mənasını anlamağa dəvət edir.
Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” hikmətindən ilham alan bu əsər insanın yalnız maddi varlıq olmadığını, onun ruhunun, düşüncəsinin və sevgisinin sərhədsiz olduğunu göstərir.
Kitabda toplanmış yazılar oxucunu öz daxili dünyasına səyahətə aparır, onu insanlığın, mərhəmətin, vicdanın və mənəvi kamilliyin əsl mahiyyəti haqqında düşünməyə sövq edir. Hər bir səhifədə insanın özünü tanımasına, öz köklərinə qayıtmasına və həyatın həqiqi dəyərlərini yenidən kəşf etməsinə çağırış var.
Bu kitabın əsas mesajı sadə, lakin çox dəyərlidir:
Zərrə qədər təvazökar ol,
Günəş qədər işıq saç,
Ağac kimi köklü ol,
İnsan kimi yaşa.
Çünki insanın bu dünyada qoyduğu ən böyük miras nə var-dövlət, nə şöhrət, nə də vəzifədir. Ən böyük miras insanın özündən sonra qalan yaxşılığı, sevgisi və xatirəsidir.
“SÖZƏ SIĞMAYAN İNSAN” sadəcə bir kitab deyil. O, insan ruhuna ünvanlanan bir düşüncə yolçuluğu, özünü dərk etməyə aparan mənəvi bir körpüdür.
Hər bir kitabın bir oxucusu var. Bu kitab isə özünü axtaran, həyatın mənasını düşünən və insanın sonsuzluğuna inanmaq istəyən hər kəs üçündür.
Yeni kitabımın işıq üzü görməsi münasibətilə bütün oxucularımı bu mənəvi səyahətə dəvət edirəm.

Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi, Ölümsüz Kahramanlar Federasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü
Pərvanə Salmanqızı Abdullayeva.

Top