Weather Data Source: havadurumuuzun.com

Tələbə adını qazanan bütün abituriyentlərə təbrik

Tələbə adını qazanan bütün abituriyentlərə təbrik

Əziz abituriyentlər!

Bu gün sizin həyatınızın ən gözəl və unudulmaz günlərindən biridir. Aylarla, illərlə çəkdiyiniz zəhmətin, gecələr boyu oxuduğunuz dərslərin, qurduğunuz xəyalların və göstərdiyiniz əzmkarlığın nəticəsində tələbə adını qazandınız!

Hər birinizi bu böyük uğur münasibətilə ürəkdən təbrik edir, tələbəlik həyatınızda sizə bol uğurlar, yüksək nəticələr, möhkəm iradə və parlaq gələcək arzulayırıq.

Unutmayın ki, universitetə qəbul olmaq son deyil, böyük bir yolun başlanğıcıdır. Qarşınızda yeni biliklər, yeni dostluqlar, yeni imkanlar və həyatınızı dəyişdirəcək böyük fürsətlər var. Qarşınıza qoyduğunuz məqsədlərdən heç vaxt vaz keçməyin. Hər çətinliyi bir dərs, hər uğuru isə daha böyük uğurlar üçün bir pillə kimi qəbul edin.

Bu yolda sizin uğurunuza sevinən valideynlərinizin, müəllimlərinizin və bütün doğmalarınızın zəhməti də böyükdür. Bu gün onların da qəlbi qürur və sevinc hissi ilə doludur.

Tələbə adınız mübarək!
Qoy tələbəlik illəriniz gözəl xatirələrlə, biliklə, uğurla və xoşbəxtliklə dolu olsun. Arzularınız gerçəyə, məqsədləriniz nailiyyətə, zəhmətiniz isə böyük uğurlara çevrilsin.

Bu gün tələbə oldunuz, sabah isə ölkəmizin savadlı, ziyalı və işıqlı gələcəyini sizlər formalaşdıracaqsınız.

Uğurlarınız bol, yolunuz açıq, gələcəyiniz parlaq olsun!

Təbriklər, əziz tələbələr!

Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi, Ölümsüz Kahramanlar Federasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü
Pərvanə Salmanqızı Abdullayeva.

Top