Weather Data Source: havadurumuuzun.com

“SÜKUTUN VƏ SƏBRİN GÜCÜ”

“SÜKUTUN VƏ SƏBRİN GÜCÜ”

Yeni kitabım tezliklə oxucularımın ixtiyarına veriləcək!
Həyatda elə anlar var ki, ən doğru cavab sükut, ən böyük güc isə səbr olur.
İnsan münasibətlərində bir söz qəlbi yaralaya, bir susqunluq isə düşünməyə imkan verə bilər. Bəzən qəzəbin qarşısında səbr etmək, cavab verməkdən daha böyük cəsarətdir. Çünki insanın əsl gücü yalnız danışmaqda deyil, nə zaman susmağı və nə zaman səbir etməyi bilməsindədir.

Pərvanə Salmanqızının “Sükutun və Səbrin Gücü” adlı yeni kitabı məhz bu düşüncələr üzərində qurulub.
Kitabda ailə, dostluq, sevgi və insan münasibətlərində səbrin, anlayışın, dinləməyin, bağışlamağın və doğru zamanda susmağın əhəmiyyəti öz əksini tapır.
Əsərdə yer alan 35 aforizm oxucunu sadəcə oxumağa deyil, həm də düşünməyə, öz davranışlarına nəzər salmağa və münasibətlərdə sözün gücünü yenidən dərk etməyə çağırır.
Bəzən bir cümlə həyatımıza işıq tutur.
Bəzən bir sükut min sözdən daha çox şey deyir.
Bəzən isə səbr etdiyimiz üçün illərlə qoruduğumuz bir dəyəri itirmirik.
“Sükutun və Səbrin Gücü” — insanın öz daxilinə etdiyi sakit, lakin dərin bir səyahətdir.
Kitab tezliklə işıq üzü görəcək və oxucuların ixtiyarına veriləcək.
Müəllif: Pərvanə Salmanqızı
“Sevgi sözlə qurula bilər, amma səbrlə yaşadılır, hörmətlə qorunur və anlayışla dərinləşir.”

Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi, Ölümsüz Kahramanlar Federasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü
Pərvanə Salmanqızı Abdullayeva.

Top