Weather Data Source: havadurumuuzun.com

Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri

Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri

Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malik olan, realizm və romantizmin vəhdətini ustalıqla əks etdirən bir romandır. Əsər oxucunu həm zahiri hadisələrin axarı ilə, həm də insan psixologiyasının dərin qatlarına enməklə cəlb edir. Müəllifin həyat hadisələrinə yanaşma tərzi realist olsa da, bu realizmin içərisində bədii və romantik qatlar öz yerini qoruyur. Bu isə əsəri həm oxunaqlı, həm də çoxqatlı mənalandırmağa şərait yaradır.
Əsərin əsas gücü onun psixoloji dərinliyindədir. Səma Muğanna obrazların daxili aləmini incə müşahidələrlə, duyğusal  keçidlərlə oxucuya təqdim edir. Bu baxımdan, “Qeyb olan uşaqlıq” romanını Azərbaycan ədəbiyyatında psixoloji ədəbiyyatın mühüm nümunələrindən biri hesab etmək olar. Xüsusilə, uşaqlıq dövrünün insan xarakterinin formalaşmasında oynadığı rol, itkilər, xatirələr və bunların yetkinlik çağındakı əksi ustalıqla işlənmişdir. Uşaqlıqda yaşadığımız hadisələrin bugünkü bizə təsirinin böyük olduğunu əsəri oxuduqca bir daha anlayırıq.
Fikrimcə ,Azərbaycan ədəbiyyatında psixoloji yönümlü əsərlərin sayı çox deyil. Bu səbəbdən, “Qeyb olan uşaqlıq” romanı yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Müəllifin dili səlis, obrazların təqdimatı isə çoxşaxəlidir. Bu isə oxucuya yalnız hadisələri izləmək deyil, həm də onları duymaq, yaşamaq imkanı verir.
Nəticə etibarilə, Səma Muğannanın “Qeyb olan uşaqlıq” romanı müasir Azərbaycan ədəbiyyatında həm mövzu, həm üslub, həm də psixoloji dərinlik baxımından diqqətəlayiq və əhəmiyyətli bir əsərdir. Realizmlə romantizmin vəhdətində yazılmış bu roman, oxucunu həm emosional, həm də intelektual baxımdan düşündürür. Oxucunun empatiya hissini qurmasına yardımçı olur. Axı hər kəsin daxilində nə vaxtsa üzləşməli olacağı bir uşaqlığı var…

Müəllif:  Namiq İslamzadə      

Top