Həqiqət Şamilli – Xocalı

ÖLÜMDƏN HƏYATA
Xocalı faciəsinə həsr olunur
Bir gecə sədası yayıldı elə,
Görməmişdi cahan belə faciə.
Erməni vəhşilər hücuma keçmiş,
Xocalı yurduna basqınlar etmiş.
Xalqın var-yoxunu tamam soymuşlar,
Yandırıb evləri viran qoymuşlar.
Qocalı ,uşaqlı çölün düzündə,
Ölümün qorxusu vardır gözündə.
Acı xəbərləri Çingiz də aldı,
O ,da öz yolunu bu yurda saldı.
Qanını dondurdu burda mənzərə,
Cəsədlər yayılıb gördü hər yerə.
Erməni gülləsi tutmuş onları,
Qar üstə sərilmiş donmuş canları.
Çingiz lentə alıb hey ağlayırdı,
Gözündə çeşmətək yaş çağlayırdı.
Üzünü çevirib Əsədə dedi:
_Əvvəl uşaqları götür, -söylədi.
Burda vəhşiliyin misli bilinmir,
Əsəd uşaqları götürür bir-bir.
Çingiz ağlayırdı,fəğan edirdi,
Göstər üzlərini göstər deyirdi.
Ürək parçalayır onun fəryadı,
Bu xəbər yandırdı doğmanı, yadı.
Burda insanlara divan tutulmuş,
Güllədən çoxunun gözləri çıxmış.
Soyulub dərilər,cırılıb üzlər,
İlahi nə qədər qəddarlıq varmış.
Kənarda bir cavan gəlin donmuşdu,
O, döş qəfəsindən yara almışdı.
Əsəd ona baxdı, körpəni gördü,
Qadın körpəsini qucaqlamışdı.
Körpəni əlinə götürdü Əsəd,
Hər kəs elə bildi bu da bir cəsəd.
Uşağı götürüb qoydu maşına,
Qəlbi parçalandı kiçik yaşına.
Körpə meyitləri Ağdama gəldi,
Təkcə bir xəbərə hər kəs sevindi.
İkicə yaşlı qız cana gəlmişdi,
Ana öz ömrünü fəda etmişdi.
Çingizlə, Əsədin qəlbi sevindi,
Axır ki, onların üzləri güldü.
Ananı baladan ölüm ayırmış,
O, balası üçün ,,Buz heykəl” olmuş.
Əgər olmasaydı bu xilaskarlar,
Onda o körpəyə nələr olardı.
Nə yaxşı bir canı qurtarıb onlar,
Yoxsa bir ömür də gül tək solardı.
İllər belə keçdi, zaman ötüşdü,
Körpə Kubra ilə Əsəd görüşdü.
34 yaşında xanım olmuşdu,
Qız xilaskarını qucaqlamışdı.
Ata sevgisini görməyən qızın,
Qəlbində böyük bir nisgili vardır.
Çox illər üstündən keçsə də belə,
Yaddaşdan getməyən dərin yaradır.
,,Sən, mənim atamsan”-söylədi ona,
Əsəd də sarıldı əziz qızına.
Bu ğörüş əfsanə adını aldı,
Əziz xatirətək yaddaşda qaldı.
Həqiqət Şamilli