Weather Data Source: havadurumuuzun.com

Pərvərdigar yazan, payımsan halal

Pərvərdigar yazan, payımsan halal

Bütün sınaqları qoyub geridə,
Sonunda bəxtimiz tapıbdır kamal,
Varını sevirəm, yoxunla qoşub,
Pərvərdigar yazan, payımsan halal.

Qovuşdu yolumuz təqdir yolunda,
Məhəbbət yoludur, ən gözəl bu hal,
Yarım ürəyimə bütöv girmisən,
Pərvərdigar yazan, payımsan halal.

Yandırsa qəlbimi eşqin cilvəsi,
Dözmüşəm hər şeyə, gəlməyir məlal,
Bu günüm, sabahım, ərköyünümsən,
Pərvərdigar yazan, payımsan halal.

Evlilik ilimiz doldu bir yaşa,
Çoxalsın bu illər, görməsin zaval,
Tək Ay nəsibidir məntək Günəşin,
Pərvərdigar yazan, payımsan halal.

–Tanrı qismətinə razısan? – deyə,
Atabəy Zahidə versələr sual,
Şükranə şeirimin əsl sahibi,
Pərvərdigar yazan, payımsan halal.

Müəllif: Atabəy Zahid(Otabek Zohid)

Orjinal variant:

Parvardigor bitgan, juftimsan, halol

Azərbaycan dilinə uyğunlaşdıran:

Namiq Dəlidağlı

ATABƏY ZAHİDİN DİGƏR YAZILARI  

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top