Weather Data Source: havadurumuuzun.com

“Bir ağac – bir xatirə, bir ümiddir” – Soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə kampaniyası keçirilir:

“Bir ağac – bir xatirə, bir ümiddir” – Soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə kampaniyası keçirilir:

 

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə ağacəkmə kampaniyası keçirilir. 13-dən start verilib. Ekoloji aksiyaya https://yasilgelecek.az/ saytı üzərindən qoşulmaq mümkündür.

“Bir ağac – bir xatirə, bir ümiddir” devizi ilə keçirilən aksiya həm soyqırımı qurbanlarının xatirəsini anmaq, həm də təbiətin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Bu xeyirxah təşəbbüsə qoşulmaq istəyən hər kəs yaşıllaşdırma tədbirində iştirak edə və  bir fidan əkərək gələcək nəsillər üçün yaşıl irs qoymağa töhfə verə bilər.

Əkin sahəsi və əkilən ağacların növləri ərazinin coğrafi və iqlim xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir. Ağacların əkilməsi və onlara aqrotexniki qulluğun göstərilməsi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir.

Top