Weather Data Source: havadurumuuzun.com

Mətbuat Şurası sumqayıtlı jurnalisti təltif etdi

Mətbuat Şurası

Mətbuat Şurası sumqayıtlı jurnalisti təltif etdi

Azərbaycan Mətbuat Şurasında yubiley yaşını qeyd edən media nümayəndələri ilə görüş keçirilib. Görüşdə 70 illik yubileyi münasibətilə “Sumqayıt” qəzetinin baş redaktoru, tanınmış jurnalist Sübhan Quliyev də iştirak edib.
Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu yubilyarı təbrik edərək onun jurnalistika sahəsindəki çoxillik fəaliyyətindən, peşəkarlığından və Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrdən danışıb. O, Sübhan Quliyevin ömür yolunun jurnalistikaya sədaqətin və peşəkar xidmətin nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Sübhan Quliyev 1991-ci ilin may ayından “Sumqayıt” qəzetində müxbir, sənaye və tikinti şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ildən isə nəşrin baş redaktorudur. O, müxtəlif illərdə “Sosialist Sumqayıtı”, “Azərbaycan gəncləri”, “Kommunist” (hazırkı “Xalq qəzeti”), “Vışka”, “Bakinski raboçi”, “Sintez” qəzetlərində və “Azərbaycan qadını” jurnalında fəaliyyət göstərib.

Uzun illər ərzində jurnalistikanın müxtəlif sahələrində çalışan Sübhan Quliyev xüsusilə Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının mətbuatda işıqlandırılmasında mühüm rol oynayıb. Onun fəaliyyəti şəhərin salnaməsinin yaradılması, ictimai əhəmiyyətli hadisələrin və inkişaf proseslərinin oxuculara çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sübhan Quliyev media sahəsində səmərəli fəaliyyətinə görə 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Mətbuat Şurası tərəfindən 70 illik yubileyi münasibətilə Sübhan Quliyevə diplom təqdim edilib.

Yubilyar göstərilən diqqət və yüksək dəyərə görə Mətbuat Şurasının rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü bildirib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

Mənbə: Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurası

YAZARLAR olaraq, Sübhan Quliyevi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top