“Ulduz” dərgisinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş sayı Sumqayıtda

20 Noyabr 2026-cı il tarixində Sumqayıtda, Əli Kərim adına Poeziya Evində “Ulduz” dərgisinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,”Təhsil Nəşriyyat Poliqrafiya” MMC və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi buraxılışının təqdimatı keçirilib.
Tədbirdə Filologiya üzrə elmlər doktoru, Sumqayıt şəhər deputatı Elnarə Akimova, “Ədəbiyyat” qəzetinin redaktoru Azər Turan, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva, N.Gəncəvi adına Ədəbiyyat İnsititunun alimləri, “Ulduz” jurnalının kollektivi, SDU-nin müəllim və tələbələri, “Ulduz” jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı iştirak ediblər. Tədbiri giriş sözü ilə İbrahim İlyaslı açaraq Xaqani buraxılışının gərəkliliyindən söz açıb. Daha sonra “Ulduz”un baş redaktoru Qulu Ağsəs Prezident sərəncamından irəli gələn, A.Bağırlı və T.Vahidin səyi nəticəsində toplanıb ərsəyə gələn xüsusi buraxılışın yaranmasından danışıb. Çıxışlarında: Xaqan– zaman, məkan,dövr; Xaqani və müasirlərimiz; Xaqaninin tədqiqi və s. kimi mövzulara toxunan Elnarə Akimova, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva,
Vaqif Yusifli, Təranə Vahid və digər natiqlərin fikirləri maraqla dinlənildi. Xanəndə və qiraətçilərin ifaları tədbirə rəng qatdı.
“Ulduz” kollektivi adından bütün təşkilatçılara və iştirakçılara təşəkkür edirik. Tədbirdən fotolar:


















2026-nın bütün “Ulduz”ları: >> I>>>OXU
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


