Şeiriyyatın “Allahısan” Zəlimxan

Ölməz Xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsinə ithaf edirəm. Ruhun şad olsun, Ustad!
Şeiriyyatın “Allahısan” Zəlimxan
Heç kim, dana bilməz bu həqiqəti..
Sən(i)din şairlərin sözü – söhbəti
Qazandın sevgisin, xalq məhəbbətin
Söz ustası, söz şahısan Zəlimxan
Şeiriyyatın “Allahısan” Zəlimxan
Görmədim bir şair, sən kimi coşa
Sazına sarılıb, dastanlar qoşa
Qoşmalar, şeirlər dedin birbaşa
Sevənlərin pənahısan Zəlimxan
Şeiriyyatın “Allahısan” Zəlimxan
Ağacdan söz açdn, yarpaqdan dedin,
Vətəndən, Anadan, torpaqdan dedin,
Qeyrətdən danışdın, papaqdan dedin,
Söz ovçusu, sərrafısan Zəlimxan
Şeiriyyatın “Allahısan” Zəlimxan
Neçə – neçə ürəklərə yol açdın
Şeirlərlə, könülləri dolaşdın
Şeir sənə, Sən şeirə yaraşdın
Ölməmisən, yaşayırsan Zəlimxan
Şeiriyyatın “Allahısan” Zəlimxan!
Müəllif: Ruslan Bəhmənoğlu


