Weather Data Source: havadurumuuzun.com

03 oktyabr 2026 ci il saat 16:00 da ​​Xətai Sənət Mərkəzində “Təbiətə Səyahət” adlı yaradıcılıq müsabiqəsi baş tutub.

03 oktyabr 2026 ci il saat 16:00 da
​​Xətai Sənət Mərkəzində “Təbiətə Səyahət” adlı yaradıcılıq müsabiqəsi baş tutub.


​BAKI — “Xəmsə Art Group”un təşkilatçılığı ilə gənc və istedadlı fırça ustalarını bir araya gətirən “Təbiətə Səyahət” adlı yaradıcılıq müsabiqəsi və sərgisi keçirilib.

Təbiətin ecazkar gözəlliklərini incəsənət müstəvisində nümayiş etdirmək məqsədilə təşkil olunan layihə böyük maraqla qarşılanıb.


​Müsabiqə Azərbaycan Rəssamlar İttifaqı, “IWS Sumqayıt Kids Art”, “EMEDIA GROUP Media Təşkilatı”, “Gənclər Siyasəti və İnnovativ İnkişaf Sektoru”, “Explore Baku Travel” və “Bakcell Rəsmi diller”in yaxından dəstəyi ilə baş tutub.


​​Tədbirin açılış hissəsində maraqlı bədii proqram təqdim olunub. Tədbirdə Əliyeva Rəhimə və Atayeva Aysu öz rəqs kompozisiyaları ilə çıxış edib, İsmayılov Nurlan isə canlı musiqi ifa edərək qonaqlara və iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib.


​Açılış mərasimindən sonra təbiət mövzusunda ərsəyə gətirilmiş rəngarəng əsərlərə peşəkar münsiflər heyəti tərəfindən baxış keçirilib və əl işləri qiymətləndirilib.


​Münsiflər heyətinin qərarına əsasən:
​Müsabiqədə 1-ci yer Ayza Paşazadə
2-ci yer Fatimə Azadlı
3-cü yer Sofiya Kərimova


Qaliblər xüsusi mükafatlarla təltif olunublar.
​Digər bütün iştirakçılara isə fəallıqlarına görə sertifikatlar və kiçik hədiyyələr təqdim edilib.
​Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.


Layihənin media dəstəyi Zefernews.az xəbər agentliyidir.
Fotoqraf: Mahir Əhmədov.
Müəllif : Gövhər Məmmədova.
Kurator : Tofiqə Ağayeva

Top