Weather Data Source: havadurumuuzun.com

XEYİRXAHLIQ VƏ DOSTLUQ SİMVOLU

XEYİRXAHLIQ VƏ DOSTLUQ SİMVOLU
Əsl dost, səmimi və xeyirxah tələbə yoldaşım , 43 illik şərəfli taixə malik, sarsılmaz mənəvi amalı ilə hamının sevimlisi olan Hüseyn Məmmədovun 65 illik yubileyi münasibətilə.
***********
Ömür var ki, sadəcə təqvim vərəqləriinin dəyişməsi ilə məhdudlaşır. Ömür də var ki , hər ili, hər günü başqalarının həyatına toxunan, onlara işıq paylayan xeyirxah əməllərlə bəzənir.
65 illik ömür zirvəsinə qədəm qoyan Hüseyn müəllim məhz ikinci yolu seçən , cəmiyyətdə xasiyyəti, mərdliyi, səmimiyyəti, insanlığı ilə seçilən nadir şəxsiyyətlərdəndir.
65 yaş bir insanın həyatında sadəcə bir yubiley tarixi deyil , geridə qalan illərin alnıaçıq, şərəflə yaşanmış anların təntənəsi- hesabatıdır.
Sözün tam mənasında illərin sınağından keçmiş, səmimi dost, əsl yoldaş Hüseyn müəllimin adının çəkildiyi hər yerdə ilk növbədə dərin bir hüsn- rəğbət və ehtiram hissi oyanır.Çünki o, yalnız öz uğurları ilə yaşamayan, ətrafındakı insanların sevincinə sevinən , kədərini öz kədəri bilən , bölüşməyi bacaran gercək bir dostdur.Onun dostluğu , yoldaşlığı zamana və şəraitə görə dəyişmir ; o, dost qapısını həm şad gündə, həm də çətin gündə eyni səmimiyyətlə açan , etibarlı bir arxadır.Hamının köməyinə yetən , xeyirxah insan Hüseyn müəllimin xarakterini xarakterizə edən ən böyük xüsusiyyətlərdən biri onun təmənnasız xeyirxahlığıdır. Kimin bir dərdi, ehtiyacı varsa, Hüseyn müəllim hər zaman birinci sıradadır.” Baxaq, görək nə edə bilərik” kəlməsi onun həyat fəlsəfəsidir.O, dəstək olarkən heç vaxt minnət qoymaz, əksinə kiməsə kömək edə bildiyi üçün özünü xoşbəxt hiss edər.Onun bu alicənablığı el arasında, dost-tanış arasında böyük nüfuz və sonsuz hörmət qazandırmışdır.
Ağsaqqallıq , müdriklik , genişürəklilik Hüseyn müəllim üçün böyük xoşbəxtlik və insani keyfiyyətdir, dəyərdir.Onun səmimiyyəti, sədaqəti , etibarlı və humanistliyi çoxlarına örnəkdir, həyat dərsidir.
Bəli, bu insani keyfiyyətlərə malik olan Hüseyn müəllim həm də gözəl qələm sahibidir.Onun yaradıcılığı mənəvi paklığını , eləcə də real həyat həqiqətlərini obrazlı şəkildə əks etdirir.Onun biri- birindən maraqlı əsərləri oxucuları da çox sevir.
Bu gün ” Bütöv Azərbaycan” qəzetində çalışan , müxbir kimi fəaliyyət göstərən Hüseyn İsaoğlunun yazdığı publisist yazıları onu yaxşı tanıdıb və hamıya sevdirə bilib.
Yubileyiniz mübarək, Hüseyn müəllim!
Sizə sağlam və uzun ömür, ailə xoşbəxtliyi arzulayıram.
Qoy qəlbinizdəki humanist duyğular- əsl insan sevgisi, dostluq məhəbbəti , üzünüzdəki saf təbəssüm yox olmasın ! Ətrafınıza payladığınız nur, ziya xoş əməllər heç vaxt sönməsin!
65 illik ömür yolunuz, yubileyimiz mübarək!!
İllərə nə var ki…
İllərə nə var ki , neçədir yaşın,
O yorğun yolçutək hey ötüb keçir,
Ömür kitabını vərəqləyək
Yaxşını yamandan çox asan seçir.
Dönüb boylanırsan geriyə hərdən,
Dahilər keçibdir qoca körpüdən,
Sevənlər tutubdur eşqin əlindən
Sevinc şərbətini yenə də içir.
İllərə nə var ki, kimlər doğulur ?
Bəs kimlər qocalır , kimlər yorulur?
Hər il ömrümüzdə bir nağıl olur
İllər ömrümüzü belə tərk edir.


Zərifə Sufi Mikayılova
AYB və AJB- nin üzvü.
Şair- publisist.

Top