Weather Data Source: havadurumuuzun.com

“Təxəyyül Art Group” – 2 YAŞ

“Təxəyyül Art Group”
2 YAŞ

12 aprel 2026-ci il tarixində “Golden Ring” şadlıq sarayında “Təxəyyül Art Group”un yaranmasının 2 yaşı münasibəti ilə kitab – kataloqun təqdimatı keçirildi.
Layihənin ideya müəllifləri Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, “Təxəyyül Art Group”un yaradıcısı və rəhbəri, xalçaçı rəssam – Natiq Nəcəfzadə və kitabın tərtibatçısı, qrup müavini – rəssam, qrafik dizayner, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, İliin peşəkar gənci – Vüsalə Yunusovadır.
Tədbirin təşkil olunmasında əsas məqsəd bu iki il ərzində qrupun təşkil etdiyi tədbirlərin hesabatını, sənət adamlarının əsərlərini və özləri haqqında məlumatları bir araya gətirməkdir.
Bu kitabda bir çox görkəmli şəxsiyyətlər yer almışlar.
“Alaş” mükafatı laureatı – Əkbər Qoşalı, Xalq rəssamı Arif Əziz, professorlar, Röya Tağıyeva, Kübra Əliyeva, AYB-nin üzvüləri, şairlər Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul-Fotouh, Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, həmçinin xaricdən olan sənətkarlar da bu kitab-kataloqda öz əsərləri ilə iştirak etmişlər.
Tədbirin açılışında ilk növbədə vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz anılaraq Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə qrupun rəhbəri – Natiq Nəcəfzadə açaraq gələn qonaqlara və bütün iştirakçılara öz ürək sözlərini çatdırdı. Sonra təbrik üçün söz qrupun müavini, istedadlı rəssam, qrafik dizayner – Vüsalə Yunusovaya verildi. O, da bu iki il ərzində qrupun keçdiyi yoldan, qrupun ardıcıl lahiyələrindən bəhs edərək, öz təbriklərini çatdıraraq gələn qonaqları salamladı.
Bunun ardınca qrupun keçdiyi yaradıcı fəaliyyət haqqında Vüsalə Yunusovanın hazırladığı videoslayd və Cəmilə Əsgərovanın hazırladığı “Təxəyyül Art Group”un veb saytının təqdimat videosu göstərildi.
Bundan sonra “Təxəyyül ailəsi” adlı qrup mahnısını soloda nəğməkar şair – Elşən Sabiroğlu, xorda isə qızlar – Vüsalə Yunusova, Cəmilə Əsgərova, Elmira Yəhyayeva, Xalidə Kazımova, Qənirə Əsgərova, Nuranə Cəfərli, Yenigül Həsənova ifa etdilər.
Həmçinin tədbirin fəxri qonaqları – Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, Beynəlxalq “Alaş” mükafatı laureatı, şair Əkbər Qoşalı, Professor – Kübra Əliyeva, Texnika üzrə elmlər namizədi – Gülağa Ələsgərov, şairlər – Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova, Gəncliyə Yardım Fondunun sabiq vitse-prezidenti Salman Əliyev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul Fotouh çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Sayat Kamşıger qrup rəhbəri Natiq Nəcəfzadəyə Qazax xalqının milli ornamentlərlə bəzədilmiş milli baş geyimi olan Taqiyə və qolsuz pencəyini – Shapanı, eyni zamanda Bakıda təqdimatı keçirilmiş “Qarabağ” poeması kitabını Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya və tədbirin bir sıra üzvülərinə hədiyyə etdi. Öz növbəsində isə Sayat Kamşıgerə trio tar, kamança, dəfdən ibarət Azərbaycan milli suveniri, Vüsalə Yunusovanın hazırladığı kiçik suvenir rəsmlər hədiyyə olaraq fəxri qonaqlara təqdim olundu.
Bundan sonra bütün kitab iştirakçılarına kitab – kataloq, təşəkkürnamə, sertifikatlar, qrupun loqosunu əks elətdirən döş nişanları, xanımlara isə qızılgüllər təqdim olundu.
Tədbirin bədii hissəsini isə ifaçılardan “Simurq” mükafatı laureatı, gözəl bəstəkar-ifaçı Çilənay Hüseynova, tanınmış ifaçılar Zəka Vilayətoğlu, İlham Əsgəroğlu, xanəndə Təranə Mövsümova, qrup üzüvləri – Günay Əsgərova, Xalidə Kazımova, o cümlədən aşıqlardan Elçin İsmayıllı, Nərmin Cəlalazadə, Rahib Alxanov, həmçinin, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın “O, olmasın bu olsun” kinofilmindən hazırlanan fraqment, Elşən Sabiroğlunun arşın malçı rolunda, qrupun xanım üzvlərindən ibarət “Arşın Malalan” kinofilmindən qızların kəlağayı ilə rəqs ifası, şairlər Əzizə Ağahüseynqızının, Aybəniz Qafarlının, Mirfatma Mirbabaqızının, Aidə Telmanqızının, Nofəl Ümidin, Elşən Sabiroğlunun şeirləri, Nərgiz Verdiyevanın, Günel Aslanovanın, Qələmşah İdrisovun, Rəhilə Qaçayevanın təbrikləri gələn qonaqlar tərəfindən alqışlarla çox gözəl qarşılandı.
Eyni zamada fəxri qonaq Sayat Kamşıger qazax dilində, İlham Əsgəroğlu isə Türk xalqlarını birləşdirən mahnı ifa edərkən gələn qonaqlar yallı – birlik rəqsini rəqs edib dairə vurdular.
Bütün bu ifalar tədbirə daha da rəngarənglik qatdı. Sonda Xatirə fotoları çəkilərək 2 yaş tortu kəsildi. Qrup dəftərinə xatirə ürək sözləri yazıldı.

Tədbiri işıqlandırdığına görə fotoqraf – Nofəl Ümidə öz dərin təşəkkürümüzü bildiririk.

Fotoda NATİQ NƏCƏFZADƏ

Fotoda Vüsalə Yunusova

Məqaləni hazırladı: Vüsalə Yunusova

Vüsalə Yunusovanın digər yazıları

NATİQ NƏCƏFZADƏNİN YAZILARI

“Təxəyyül Art Group”un tədbirləri

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top