Weather Data Source: havadurumuuzun.com

10 YANVAR ÇALIŞAN JURNALİSTLƏR GÜNÜ MÜBARƏK OLSUN

10 YANVAR ÇALIŞAN JURNALİSTLƏR GÜNÜ MÜBARƏK OLSUN

10 Ocak – Çalışan Gazeteciler Günü
Sözün gücünə inanaraq qələmini vicdanının tərəzisinə qoyan, həqiqəti zamanın tozundan ayırıb cəmiyyətə çatdıran bütün jurnalistlərin 10 Yanvar – Çalışan Gazeteciler Günü mübarək olsun.
Bu əlamətdar günün kökləri 1961-ci il 10 yanvara – Türkiyədə mətbuat tarixində dönüş nöqtəsi sayılan 212 saylı Fikir İşçileri Kanununun qüvvəyə mindiyi günə dayanır. Həmin qanun jurnalist əməyini hüquqi çərçivəyə salaraq onların sosial, iqtisadi və peşəkar haqlarını tanımış, mətbuat işçilərinə insan ləyaqətinə yaraşan çalışma şəraiti qazandırmışdır. Məhz bu tarixi addımın nəticəsi olaraq 1962–1971-ci illər arasında 10 Yanvar “Çalışan Gazeteciler Bayramı” adı ilə qeyd olunmuşdur.
Lakin 1971-ci il hərbi müdaxiləsindən sonra mətbuat azadlığına yönələn məhdudiyyətlər, jurnalistlərin bir sıra haqlarının geri alınması bu günün adını və mahiyyətini dəyişdirmişdir. Bayram anlayışı yerini daha dərindən düşünülmüş, mübarizə və məsuliyyət yüklü bir anlayışa – “Çalışan Gazeteciler Günü”nə vermişdir. Bu dəyişiklik təkcə adın deyil, jurnalistikanın taleyinin də aynası olmuşdur.
Jurnalist olmaq – sadəcə xəbər yazmaq deyil. Jurnalist olmaq bəzən gecənin qaranlığında işıq olmaq, bəzən təhlükə qarşısında həqiqətdən geri çəkilməmək, bəzən də susqunluğun hökm sürdüyü anlarda cəmiyyətin səsi olmaqdır. Onlar qələmləri ilə tarix yazan, obyektivlik, dürüstlük və vicdan prinsiplərini yaşadan söz əsgərləridir.
Bu mənalı gündə bütün çətinliklərə, təzyiqlərə və risklərə baxmayaraq həqiqətin yanında dayanan, xalqın informasiya alma haqqını qoruyan, mətbuat etikası və peşə ləyaqətini uca tutan bütün jurnalistləri dərin hörmət və minnətdarlıqla salamlayırıq. Qələminiz heç vaxt susmasın, sözünüz həmişə işıq olsun, yolunuz həqiqətdən keçsin.
Çalışan Gazeteciler Günü bütün mətbuat işçilərinə mübarək olsun!

Hörmətlə,
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist

10 OCAK ÇALIŞAN GAZETECİLER GÜNÜ KUTLU OLSUN

Sözün gücüne inanarak kalemini vicdanının terazisine koyan, gerçeği zamanın tozundan arındırıp topluma ulaştıran tüm gazetecilerin 10 Ocak Çalışan Gazeteciler Günü kutlu olsun.
Bu anlamlı günün temeli, Türk basın tarihinde bir dönüm noktası olan 10 Ocak 1961 tarihine dayanmaktadır. O gün yürürlüğe giren 212 sayılı Fikir İşçileri Kanunu, gazeteciliği bir meslek olarak güvence altına almış; basın emekçilerinin sosyal, ekonomik ve mesleki haklarını yasal zemine oturtmuştur. Bu önemli kazanımın ardından 10 Ocak, 1962–1971 yılları arasında “Çalışan Gazeteciler Bayramı” adıyla kutlanmıştır.
Ancak 1971 askeri müdahalesi sonrasında basın özgürlüğüne getirilen kısıtlamalar ve gazetecilerin bazı haklarının geri alınması, bu özel günün adını ve anlamını değiştirmiştir. Böylece bayram niteliği taşıyan bu tarih, “Çalışan Gazeteciler Günü” olarak anılmaya başlanmış; bu değişim, gazeteciliğin içinde bulunduğu zorlu koşulların da bir yansıması olmuştur.
Gazetecilik yalnızca haber yazmak değildir. Gazetecilik; karanlıkta ışık olmak, baskı karşısında geri adım atmamak, sessiz bırakılmak istenen gerçekleri cesaretle dile getirmektir. Gazeteciler, kalemleriyle tarihe tanıklık eden, kamuoyunun vicdanı olan, demokrasinin ve ifade özgürlüğünün yılmaz savunucularıdır.
Bu anlamlı günde; tüm baskılara, tehditlere ve zorluklara rağmen gerçeğin yanında duran, halkın haber alma hakkını koruyan, meslek etiğini ve onurunu her şeyin üzerinde tutan tüm basın emekçilerini saygı ve minnetle selamlıyoruz. Kaleminiz hiç susmasın, sözünüz daima hakikatin sesi olsun.

Saygılarımla,
Pərvanə Salmanqızı
Qazeteci,şair-yazar

Top