Weather Data Source: havadurumuuzun.com

ASİF MƏRZİLİNİN DOĞUM GÜNÜDÜR!

ASİF MƏRZİLİNİN DOĞUM GÜNÜDÜR!

Bəzən insanları tanıtmaq üçün uzun-uzadı bioqrafiyalara, titul və vəzifə siyahılarına ehtiyac qalmır. Çünki elə insanlar var ki, onların kimliyi illərlə qoruduqları mövqe, dəyişmədikləri xarakter və sarsılmayan mənəvi dayaqları ilə ölçülür. Təzadlar” qəzetnin və “Tezadlar.az saytının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü, publisist, yazıçı, jurnalist Asif Mərzili məhz belə insanlardandır.
Tanınmış qələm adamlarından açıq sözlü jurnalist Elman Eldaroğlu təxminən bir neçə dəqiqə əvvəl Asif Mərzilinin doğum günü münasibətilə yazdığı (Elman Eldaroğlu təbrik edir) təbrikdə qeyd edir ki, əgər bu ölkədə rəsmi siyasi strukturlardan kənar, amma mənəvi çəkisi, ictimai dəyəri olan bir birlik – şərti olaraq “Yaxşı İnsanların Partiyası” yaradılsaydı, həmin partiyanın üzvləri vəzifəsinə, imkanına, səs-küyünə görə yox, mərdliyinə, dürüstlüyünə, xeyirxahlığına görə seçilsəydi, şübhəsiz ki, Asif Mərzili o siyahıda ilk sıralarda yer alardı. Çünki o, yaxşı insan olmağı həyat tərzinə çevirmiş nadir adamlardandır.
Hətta mətnlə birlikdə təqdim olunan fotoda da bu keyfiyyətlər aydın sezilir. Sadə, amma ləyaqətli duruş, özünə və peşəsinə hörmət edən baxışlar, arxa planda Azərbaycan bayrağı – bütün bunlar bir jurnalistin təkcə peşəkar kimliyini deyil, həm də vətəndaş mövqeyini ifadə edir. Bu, karyera naminə əyilənlərin deyil, söz naminə dik duranların duruşudur.
Asif Mərzili jurnalistikada “alçalaraq yüksəlmək” yolunu seçməyənlərdəndir. O, zamanın axarına uyğun mövqeyini dəyişən, gündəmin küləyinə yön alanlardan olmayıb. Əksinə, öz iradəsi, öz mövqeyi, öz sözü olan şəxsiyyət kimi tanınıb. Bu gün onun haqqında deyilən xoş sözlər təsadüfi rəğbətin yox, illərin sınağından çıxmış hörmətin nəticəsidir.
Yanvarın 9-u jurnalist Asif Mərzilinin 66 yaşı tamam olur. Bu yaş sadəcə təqvim rəqəmi deyil; bu, peşə yolu, insanlıq imtahanı, vicdanla qazanılmış uğurlu nəticə – etibarın simvoludur. 66 il – sözün ağır vaxtlarında susmamaq, doğru bildiyini demək, insan olaraq qalmaq deməkdir. 66 özü Elman Eldaroğlunun, mənim və bu günə qədər  yazılmış, hələ nə qədər də yazılacaq sicilləmə yazıların sözündən çox anlam ifadə edir. Məncə,  bu qoşa “6” qonşu kənd olan Mərzilidə ibtidai sinif müəlliminin balaca Asifə verdiyi “5/5”-in sadəcə bir mərtəbə yüksəyidir. Şübhəsiz ki, Asif müəllim özü də arxaya baxanda (ələxsus nəzərə alsaq ki, əsas hissəsi müstəqillik illərinə düşür) təəssüflənmir, ancaq düşünür ki, daha çox iş görmək olardı… Asif müəllim, arzu edirəm ki, Tanrı Sizə qoşa “9” nəsib etsin – bütün xəyallarınız gerçək olsun İnşəAllah! Xəyallarınızdakı Azərbaycanı görmək Sizə qismət olsun! Var olun! Allah Sizi qorusun! Çox dəyərlisiniz!
Bu gün Sizə ünvanlanan təbriklər sadəcə bir doğum günü arzusu deyil, həm də bir mövqeyin, bir ömür yolunun dəyərləndirilməsidir. Sizə  möhkəm can sağlığı, uzun ömür, dəyişməz mövqeyinizdə mətin olmağınızı və ulu Tanrıdan bu günə qədər çəkdiyiniz zəhmətin mükafatını görməyinizi arzu edirəm!
Çünki Sizin kimi insanlar cəmiyyətin görünməyən dayaqlarıdır. Yenə Elman Eldaroğlunun sözünə qüvvət: Sizin kimi şəxslər tribunaya çıxmadan da söz deyə bilən, rütbə daşımadan da nüfuz sahibi olan insanlardır.
Yeni yaşınız mübarək olsun, ASİF müəllim!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

ASİF MƏRZİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top