Weather Data Source: havadurumuuzun.com

Doğum gününüz mübarək olsun!

Çox hörmətli Kamran müəllim!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür, böyük uğurlar və bitməyən enerjiylə yeni-yeni zirvələr arzulayıram!

Azərbaycan mediasında özünəməxsus imzanız, yüksək peşəkarlığınız və vətənpərvərliyinizlə fərqlənirsiniz. Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən Vetenim-azerbaycandir.az, ONDERTV.ORG və 44GUN.ORG informasiya portalları həqiqətin, milli dəyərlərin və dövlət maraqlarının qorunmasında önəmli missiya daşıyır.

Düşüncələriniz, fədakar əməyiniz və prinsipial mövqeyiniz sayəsində oxucularınız üçün daim etibarlı, dolğun və obyektiv informasiya mənbəyi yaratmısınız. Bu isə həm jurnalistikanın, həm də vətənpərvərliyin ən gözəl nümunəsidir.

Arzu edirəm ki, yeni yaşınız Sizə daha böyük uğurlar, yeni nailiyyətlər, sevinc dolu anlar gətirsin. Sizin fəaliyyətinizdə daim gücünüzü Vətən sevgisindən alan, işinizdə isə zəhmətinizin bəhrəsini görəcəyiniz işıqlı yollar diləyirəm.

“Sözün gücü həqiqəti söyləməkdədir, həqiqətin gücü isə Vətənə xidmət etməkdə.”

Uğurlarınız bol, yolunuz daim aydın, sağlamlığınız möhkəm olsun!

Hörmətlə və sevgi ilə,
Pərvanə Salmanqızı,

İctimai xadim, jurnalist, şair-publisist

Top