Pərvanə Salmanqızı yazır

Güllər-çiçəklər
Məhəbbətin, sevginin, səadətin və gözəlliyin ən zərif təcəssümüdür onlar…
Hər bir gülün ləçəyində bir hiss yatır, hər bir çiçəyin qoxusunda bir sirr gizlənir. Güllər danışmasa da, insanın ürəyinə toxunmağı, gözlərindəki gizli duyğuları oyatmağı bacarır. Onlar bəzən bir qəlbin sevdasını pıçıldayır, bəzən də susaraq ən dərin hisləri söyləyir.
Sevgi gül kimidir – nə qədər həssas, bir o qədər də güclüdür. Səadət isə çiçəklərin bahar səhərindəki ətri kimidir; hiss edən üçün dünyanı dəyişən, duyandan ötrü həyatın bütün mənasını izah edən… İnsan varlığına yaraşan ən saf duyğular, bir gülün təbiətində gizlənmiş kainat kimi zərif və təkrarsızdır.
Hər gül bir ümid, hər çiçək bir dua, hər qoxu bir xatirədir… Onlara toxunduqda insan həm həyatın faniliyini, həm də sevginin əbədiliyini anlayır. Çünki gözəllik zamanla solsa da, ruhun hiss etdiyi məhəbbət heç vaxt ölmür.
Sevgi də, səadət də, gözəllik də bir gülün sükutundadır. Yetər ki, görməyi, hiss etməyi, sevməyi bacaraq…
Pərvanə Salmanqızı


