Aygün xanım Əliyevaya – dəyərli həyat yolunuz daim uğurlu olsun!

Aygün xanım Əliyevaya – dəyərli həyat yolunuz daim uğurlu olsun!
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru, yüksək savadı, peşəkarlığı, nümunəvi idarəçilik bacarığı və incə kübarlığı ilə tanınan Aygün xanım Əliyevanın doğum günüdür.
Aygün xanım Əliyeva öz dəyərli fəaliyyəti, vətəndaş cəmiyyətinin inkişafına verdiyi mühüm töhfələr və səmərəli idarəetmə prinsipləri ilə daim seçilən bir rəhbərdir. Onun əzmkarlığı, geniş dünyagörüşü və xalqa xidmətə yönəlmiş fəaliyyət prinsipləri bütün işgüzar mühitdə yüksək nüfuz qazanmasına səbəb olmuşdur.
QHT-lərin gücləndirilməsi, sosial layihələrin uğurla həyata keçirilməsi və vətəndaş cəmiyyətinin dayanıqlı inkişafı istiqamətində atdığı addımlar Aygün xanımın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli işlərin bariz nümunəsidir. Gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, dövlət və cəmiyyət arasında körpü rolunu oynayan təşəbbüslər onun fəaliyyət istiqamətinin əsasını təşkil edir.
Bu əlamətdar gün münasibətilə Aygün xanım Əliyevanı “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Abdullayeva və bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edirik. Sizə can sağlığı, ailə səadəti, uzun ömür, hər zaman uğurlarla dolu bir həyat arzulayırıq. İnanırıq ki, bundan sonra da öz müdrik qərarlarınız və fədakar fəaliyyətinizlə dövlətimiz və cəmiyyətimiz üçün mühüm işlər görməyə davam edəcəksiniz.
Doğum gününüz mübarək, Aygün xanım!
Hörmətlə,
Pərvanə Salmanqızı Abdullayeva
“Zəfər Yolu” İctimai Birliyinin sədri


