Xələfşə Rotası Haqqında

Könüllü ruhun səngər səsi: Tarix yazan kənd- Xələfşə
(Xələfşə Rotası Haqqında)
Xalqımızın tələbi ilə rus qoşunları ölkəni tərk edirdilər. Belə bir zamanda milli ordumuz yaranırdı.1992-ci ilin fevral ayında əslən qonşu Cuvarlı kəndindən olan Zahir Həsənov Müdafiə Nazirliyinin əmri ilə könüllü hərbi hissə yaratmağa başladı.Xələfşə kəndimizdən də torpaqlarımızı sevən oğlanlar həmin hərbi hissəyə yazılaraq kəndimizin,rayonumuzun müdafiəsinə qoşuldular.Kəndimizdən hərbi hissəyə yazılaraq torpaqlarımızın müdafiəsində iştirak edən vətənpərvər döyüşçülər aşağıdakılardır:
Paşayev Rafiq Tofiq oğlu,leytenant idarəçi
Ağayev Seyfəli Mirələm oğlu,tağım komandiri
Həmzəyev Əhmədalı Yusif oğlu,döyüşçü
Qasımov Malik Şamxal oğlu,döyüşçü
Məmmədov Millət Səbzəli oğlu,döyüşçü
Ağayev Mirsadə Ağa oğlu,döyüşçü
Abdullayev Şahin Xəlifə oğlu,döyüşçü
Əhmədov Nofəl Əyyub oğlu,döyüşçü
Şirinov Əmirxan Çərkəz oğlu,döyüşçü
Şərifov Ceyhun Bəhmən oğlu,döyüşçü
Paşayev Rasim Tofiq oğlu,döyüşçü
Şərifov Zamin Bəhmən oğlu,döyüşçü
Həmidov Şaxlar Arif oğlu,döyüşçü
Kərimov İxtiyar İsa oğlu,döyüşçü
Məmmədov Qulu Orduxan oğlu,döyüşçü
Hüseynov Fərzəli İsvahan oğlu,döyüşçü
Şirinov Mürşüd Pəhlivan oğlu,döyüşçü
Sadıqov Rövşən Sadıq oğlu,döyüşçü
Cəfərov Oqtay Hədis oğlu,döyüşçü
Fərəcov Elçin(Seyfəddin) Əhliman oğlu,döyüşçü
İlqar(Xavər müəllimənin oğlu)döyüşçü
Hüseynov Abbas İsvahan oğlu,döyüşçü
Şirinov Ağasət Siyasət oğlu, döyüşçü
Kərimov Namiq Kərim oğlu,döyüşçü
Qasımov Bəbir Şamxal oğlu,döyüşçü
Şirinov Fərman Pəhlivan oğlu,döyüşçü
Şirinov Yalçın Pəhlivan oğlu,döyüşçü
Qeyd edim ki,Kamil Hacıoglu da bir neçə ay kəndimizin müdafiəsində iştirak etdi.Bizim kənd rotamızda kənd Horadizdən və rayonumuzun bir çox yerlərindən də qulluq edən döyüşçülər vardı.Hərbi hissələrimiz,rotamız həqiqətən də kəndimizin,rayonumuzun müdafiəsində çox fəal iştirak etmişlər.
Torpaqlarımızın qorunması üçün çox çətin,ağır günlərimiz, əziyyətlərimiz olmuşdur.Rayonumuzda üç könüllü hərbi hissə yaradılmışdı.Rayonumuzun qeyrətli oğlanları hərbi hissələrə yazılaraq silahlanıb torpaqlarımızı düşməndən məharətlə qoruyurdular.Füzuli rayonunun bütün dağlarında,təpələrində erməni postlarına ,döyüş mövqelərinə tuşlanmış silahlar yerləşdirilmişdi.Ermənilər demək olar ki,çarəsiz vəziyyətdə idilər,lakin o vaxt ölkəmizdə baş verən hadisələr,qarşıdurmalar ermənilərin fəallaşmasına səbəb oldu. Füzulinin strateji yüksəkliklərindən ermənilərin strateji postlarına tuşlanmış silahlar yoxa çıxırdı,haralarasa aparıldı.Ölkəmizin bir tərəfində torpaqlarımızın qorunmasına cavabdeh olan korpus komandiri Əlikram Hümbətovun rəhbərliyi altında Talış Muğan Respublikası yaratmaq istəyirdilər,o biri tərəfdə isə Ləzgi Sadvalcılar torpaqlarımızın bir hissəsini Rusiyaya birləşdirmək istəyirdilər.Gəncə də Sürət Hüseynov dövlət çevrilişinə cəhd edirdi.O vaxtkı hakimiyyət baş verənlərin qarşısını ala bilmirdi.O vaxtlar da biz ermənilərdən güclü idik.Lakin bütün qüvvələrimizi düşmən əleyhinə cəmləşdirən bir lider yox idi.Hərbi hissələrə kömək edilmirdi.Bakıda mitinqlər gedirdi.Belə bir vəziyyətdə ermənilər,Qarabağda olan Rus qoşunlarının köməyindən istifadə edərək,bütün qüvvələrini birləşdirərək hardasa beş-bir nisbətində bir-bir rayonlarımıza hücum edirdilər.Köməksiz vəziyyətdə qalan hərbi hissələrimiz itkilər verərək geri çəkilməyə məcbur olurdular.Ermənistan ordusu torpaqlarımızı hissə-hissə işğal edirdilər.Çoxlu faciələr törətdirdiər.Beləliklə,birinci Qarabağ müharibəsində təxminən 14 min şəhidimiz oldu,4 minə qədər itkin düşənlərimiz,30 minə yaxın yaralımız.Torpaqlarımızın 20 faizi işğal olundu.Bir milyondan çox əhalimiz öz evlərindən,torpaqlarından qaçqın düşürdülər.Xalqımızın Ümumili lideri Heydər Əliyev,xalqın tələbi ilə hakimiyyətə gələrək atəşkəs və sabitlik yaratdı.Ölkədə baş verə biləcək çevirilişlərin, özbaşınalıqlarının qarşısı alındı.Ölkəmiz ordu quruculuğuna başladı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz,2020-ci ilin 44 günü ərzində erməni işğalçılarını məhv edərək,qovaraq noyabr ayında torpaqlarımızı işğaldan azad edərək Ermənistanı təslimçilik aktına qol çəkməyə məcbur etdilər.Hal-hazırda şükürlər olsun,böyük Allaha ərazi bütövlüyümüz təmin olunub.Rayonlarımızda bərpa,quruculuq işləri gedir.Soydaşlarımız yavaş-yavaş öz doğma yurdlarına qayıdırdılar.Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə,veteranlarımıza Allah can sağlığı versin.




Mənbəyə görə Rafiq Paşayevə təşəkkür edirik.
Müəllif: Sərvanə DAĞTUMAS,
ədəbiyyatşünas
E-mail:[email protected]
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


