Xətai Sənət Mərkəzində “Təbiətə Səyahət” adlı yaradıcılıq müsabiqəsi baş tutub

03 oktyabr 2026


Xətai Sənət Mərkəzində “Animasiya Qəhrəmanları aramızda” adlı yaradıcılıq müsabiqəsi baş tutub
BAKI — “Xəmsə Art Group”un təşkilatçılığı ilə gənc və istedadlı fırça ustalarını bir araya gətirən “Animasiya Qəhrəmanları Aramızda” adlı yaradıcılıq müsabiqəsi və sərgisi keçirilib.



Nağıl və animasiya dünyasını incəsənət müstəvisində nümayiş etdirmək, uşaq və gənclərin xəyal dünyasını, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə təşkil olunan layihə böyük maraqla qarşılanıb.



Müsabiqə Azərbaycan Rəssamlar İttifaqı, “IWS Sumqayıt Kids Art”, “EMEDIA GROUP Media Təşkilatı”, “Gənclər Siyasəti və İnnovativ İnkişaf Sektoru”, “Explore Baku Travel” və “Bakcell Rəsmi diller”in yaxından dəstəyi ilə baş tutub.

Tədbirin açılış hissəsində zəngin və maraqlı bədii proqram təqdim olunub. Tədbirdə Əliyeva Rəhimə və Atayeva Aysu öz rəqs kompozisiyaları ilə çıxış edib, İsmayılov Nurlan isə canlı musiqi ifa edərək qonaqlara və iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib.



Açılış mərasimindən sonra müxtəlif animasiya qəhrəmanlarını əks etdirən rəngarəng əsərlərə peşəkar münsiflər heyəti tərəfindən baxış keçirilib və əl işləri qiymətləndirilib.



Münsiflər heyətinin qərarına əsasən:
Müsabiqədə
1-ci yer: Nahibə Mərdanlı
2-ci yer: Həsənli Bətül
3-cü yer: Rizvanov Rinat
Qaliblər xüsusi mükafatlarla təltif olunublar.
Digər bütün iştirakçılara isə fəallıqlarına görə sertifikatlar və kiçik hədiyyələr təqdim edilib.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi və xoş təəssüratlarla yekunlaşıb.

Layihənin media dəstəyi Zefernews.az xəbər agentliyidir.
Fotoqraf: Mahir Əhmədov.
Müəllif : Gövhər Məmmədova.
Kurator : Tofiqə Ağayeva


