Weather Data Source: havadurumuuzun.com

“MƏNİM QARABAĞIM”

“MƏNİM QARABAĞIM”
20 sentyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə bir qrup sənətkarın iştirakı ilə “MƏNİM QARABAĞIM” adlı yaradıcılıq turu həyata keçirilib.
Yaradıcılıq turunun əsas məqsədi Qarabağın tarixi-mədəni irsinin, zəngin təbiətinin və qədim yaşayış məkanlarının sənət adamlarına yaxından tanıdılması, yaradıcı insanların bölgədən ilham alaraq yeni sənət əsərləri ərsəyə gətirməsinə şərait yaradılması olub.
Yaradıcılıq turunun marşrutuna Ağdam, Əsgəran, Xocalı, Təzəbinə, Dovşanlı, Seyidbəyli, Vəngli, Çıldıran, Heyvalı, Yaycı, Qozlu, Həsənriz, Umudlu, Sərsəng, Çardağlı və Suqovuşan kimi tarixi və təbii məkanlar daxil edilib.
Səfər iştirakçıları əvvəlcə Kürdəmirdə səhər yeməyində bir araya gəliblər. Daha sonra Vənglidə təşkil olunan piknik süfrəsi ətrafında nahar edərək, səmimi ünsiyyət və fikir mübadiləsi aparıblar.
Səfərin növbəti dayanacağı Sərsəng olub. Burada, göl kənarında, Nofəl Ümidin təşkilatçılığı ilə iştirakçılar təbiətin qoynunda samovar çayına qonaq olublar. Bu səmimi görüş səfərin xoş və yaddaqalan anlarından birinə çevrilib.
Səfər zamanı Suqovuşanda yerləşən və 1898-ci ildə inşa edilmiş Alban kilsəsi də ziyarət olunub.
Qarabağın zəngin təbiəti, tarixi məkanları və mədəni irsi yaradıcı insanlar üçün xüsusi təəssürat yaradıb. Səfər iştirakçıları gördükləri mənzərələri, tarixi izləri və Qarabağın özünəməxsus ruhunu gələcək yaradıcılıq işlərində əks etdirmək üçün yeni ideyalar və yaradıcı materiallar toplayıblar.
Sənət və Qarabağ yaddaşı
“MƏNİM QARABAĞIM” layihəsi yalnız bir səfər deyil, həm də Qarabağın sənət vasitəsilə yaddaşlarda yaşadılması, onun tarixi-mədəni irsinin yaradıcı baxışla gələcək nəsillərə çatdırılması məqsədi daşıyan yaradıcılıq təşəbbüsüdür.
Sonda yaradıcılıq turunun iştirakçılarına sertifikatlar təqdim olunub. Fotoqraf Nofəl Ümid tərəfindən isə səfərin yaddaqalan anlarını əks etdirən xatirə fotoları çəkilib:

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!

Məqaləni hazırladı: Vüsalə Yunusov

Xatirə fotolarının müəllifi: Nofəl Ümid

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Top