Qəndab – Gecələr

GECƏLƏR
Kaş məni sevəydin sevdiyim kimi,
Kaş Sən də öləydin öldüyüm kimi,
Yaralı sevgimi, yarım sevgimi,
Böləydin mənimlə ahh, Sən, gecələr!
Qoşulub yellərə əsən yellərlə,
Yanan ürəyimə ax, Sən, gecələr!
Ulduz tək sevgimi taxıb göylərə
Arabir gizlincə bax, Sən, gecələr!
Hər gecə əllərim Sənə uzanır,
Hər gecə araya ayrılıq salır,
Mənə hər gecədən bircə ah qalır,
Yandırıb canımı yax, Sən, gecələr!
Müəllif: QƏNDAB
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var


