Weather Data Source: havadurumuuzun.com

Abbasov Əbiş Firdovsi oğlunun təşəkkür məktubu

(Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə)

Təşəkkür məktubu

Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə
Hörmətli cənab Nazir,
Mən, Abbasov Əbiş Firdovsi oğlu, sizə və rəhbərlik etdiyiniz qurumun əməkdaşlarına dərin minnətdarlığımı bildirmək üçün bu məktubu ünvanlayıram.
26 mart tarixində Ağdam rayonu Yusifcanlı kəndi ərazisində mina hadisəsi baş vermiş və qardaşım Abbasov Cehun Firdovsi oğlu minaya düşmüşdür. Baş vermiş bu ağır və təhlükəli hadisə zamanı Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları yüksək peşəkarlıq, çeviklik və operativlik nümayiş etdirərək dərhal hadisə yerinə gəlmiş, qardaşıma lazımi köməkliyi göstərmiş və vəziyyətin nəzarət altına alınmasında mühüm rol oynamışlar.
Xüsusilə qeyd etmək istəyirəm ki, Ağdam Rayon Polis Şöbəsinin rəisi Pərviz İsmayılov, eləcə də əməkdaşlar Abbasov Nadir, Vəliyev Vüsal və Kərimov Ceyhun göstərdikləri fədakarlıq, insanpərvərlik və məsuliyyət hissi ilə seçilmişlər. Onların operativ müdaxiləsi sayəsində daha ağır nəticələrin qarşısı alınmışdır.
Baş vermiş hadisədən sonra mən və ailə üzvlərim adından bir daha Sizə təşəkkürümüzü bildiririk ki, rəhbərlik etdiyiniz sistemdə belə peşəkar, vətənpərvər və vətəndaşlara həssas yanaşan əməkdaşlar fəaliyyət göstərir.
Sizə və bütün şəxsi heyətə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, dövlətimizə və vətəndaşlara xidmətinizdə davamlı nailiyyətlər diləyirəm.
Hörmətlə,
Abbasov Əbiş Firdovsi oğlu

Ağdam rayonu Yusifcanlı kənd sakini 

Top