Weather Data Source: havadurumuuzun.com

23 Nisan – Ulusal Egemenlik ve Çocuk Bayramı

23 Nisan – Ulusal Egemenlik ve Çocuk Bayramı

Milli iradənin, azadlığın və gələcəyin bayramı
Tarixin elə günləri vardır ki, yalnız bir təqvim günü deyil, bütöv bir xalqın taleyini, ruhunu və gələcəyini ifadə edir. 23 Nisan da Türk dünyasının yaddaşına həkk olunmuş belə müqəddəs tarixlərdən biridir. Bu gün yalnız bir bayram deyil; milli iradənin zəfəri, azadlığın səsi, uşaqlara verilən dəyərin ən ali nümunəsi və gələcəyə uzanan ümid körpüsüdür.
1918–1920-ci illər Osmanlı dövlətinin ən ağır və çətin dövrlərindən biri idi. Birinci Dünya müharibəsinin ardından Anadolu torpaqları işğal olunmuş, xalq böyük sıxıntılar və ümidsizlik içində qalmışdı. Lakin türk xalqının içində sönməyən bir istiqlal atəşi vardı. Bu atəşin önündə isə böyük dövlət xadimi və dahi lider
Mustafa Kemal Atatürk dayanırdı.
23 Nisan 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisinin açılması ilə tarixdə yeni bir səhifə yazıldı. Bu hadisə yalnız bir parlamentin açılması deyildi; xalqın öz taleyinə sahib çıxmasının, milli egemenliyin xalqın iradəsinə verilməsinin rəmzi idi. “Egemenlik kayıtsız şartsız milletindir” fikri həmin gündən etibarən türk dövlətçilik düşüncəsinin əsas dayaqlarından birinə çevrildi.
23 Nisanın ən böyük mənəvi xüsusiyyətlərindən biri də bu müqəddəs günün uşaqlara hədiyyə edilməsidir. Atatürk çox yaxşı bilirdi ki, millətlərin gələcəyi uşaqların düşüncəsində, təhsilində və mənəviyyatında formalaşır. Buna görə də o, dünyada ilk dəfə olaraq bir dövlət bayramını uşaqlara ithaf etdi. Bu qərar yalnız siyasi deyil, həm də humanist və mənəvi bir mesaj idi:
“Uşaqlar gələcəyin sahibi, sabahın qurucularıdır.”
Bu gün Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində böyük coşqu ilə qeyd olunur. Məktəblərdə tədbirlər keçirilir, uşaqlar milli geyimlərlə səhnələrə çıxır, müxtəlif ölkələrdən gələn uşaqlar dostluq və qardaşlıq mesajları verir. Bu bayram sərhədləri aşaraq dünya uşaqlarını bir araya gətirən sülh və sevgi körpüsünə çevrilmişdir.
23 Nisan bizə bir həqiqəti də xatırladır:
Millətini sevən xalq heç vaxt məğlub olmaz. Çünki milli birlik, vətən sevgisi və gələcəyə inam bir millətin ən böyük gücüdür. Türk dünyasının keçdiyi çətin yollar, qazandığı zəfərlər və qoruduğu milli kimlik bu müqəddəs günün ruhunda yaşayır.
Bu bayram yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qürur günüdür. Çünki milli egemenlik anlayışı bir xalqın azad yaşamaq haqqının ən ali ifadəsidir. Uşaqlar isə həmin azadlığın gələcəyə daşıyıcılarıdır. Onların gülüşündə ümid, gözlərində sabah, qəlblərində isə vətən sevgisi yaşayır.
Bu gün bizlərə düşən ən böyük vəzifə milli və mənəvi dəyərləri qorumaq, uşaqları vətənpərvər, elmli və mərhəmətli ruhda böyütməkdir. Çünki gələcəyin güclü dövləti güclü nəsillərin çiyinlərində yüksəlir.
23 Nisan – yalnız bir tarix deyil;
azadlığın nəfəsi, milli iradənin zəfəri və uşaqların saf qəlbində yaşayan gələcəyin işığıdır.
Bayramın ruhu daim Türk dünyasının üzərində parlasın, uşaqların gülüşü dünyaya sülh və sevgi gətirsin.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı

Millet iradesinin, özgürlüğün ve geleceğin bayramı
Tarihin bazı günleri vardır ki yalnızca bir takvim günü değil, bir milletin kaderini, ruhunu ve geleceğini temsil eder. 23 Nisan da Türk milletinin hafızasına altın harflerle yazılmış böyle kutlu günlerden biridir. Bu anlamlı gün; milli egemenliğin ilanı, bağımsızlık ruhunun yükselişi ve çocuklara duyulan sonsuz sevginin en güzel simgesidir.
Birinci Dünya Savaşı’nın ardından Anadolu işgal altındaydı. Millet yorgun, yoksul ve büyük acılar içindeydi. Ancak Türk milletinin yüreğinde sönmeyen bir bağımsızlık ateşi vardı. Bu kutlu mücadelenin öncüsü ise büyük lider
Mustafa Kemal Atatürk idi.
23 Nisan 1920 tarihinde Ankara’da Türkiye Büyük Millet Meclisi açıldı ve millet iradesi resmen yönetimin temeli haline geldi. Bu yalnızca bir meclisin açılışı değildi; esarete karşı direnen bir milletin yeniden ayağa kalkışı, kendi kaderine sahip çıkışı ve özgürlüğünü ilan edişiydi. O gün yükselen “Egemenlik kayıtsız şartsız milletindir” sözü, Türk milletinin bağımsızlık karakterini tüm dünyaya duyurdu.
23 Nisan’ın en anlamlı yönlerinden biri de bu büyük bayramın çocuklara armağan edilmesidir. Atatürk, çocukların bir milletin geleceği olduğunu çok iyi biliyordu. Çünkü yarının güçlü devletleri; iyi yetişmiş, bilinçli, ahlaklı ve vatan sevgisiyle büyüyen nesillerin omuzlarında yükselir.
Bu nedenle Atatürk, dünyada ilk kez bir bayramı çocuklara armağan ederek insanlığa çok önemli bir mesaj verdi:
“Çocuklar geleceğin umudu, yarınların mimarıdır.”
Bugün Türkiye’de ve Kuzey Kıbrıs Türk Cumhuriyeti’nde 23 Nisan büyük bir coşku ile kutlanmaktadır. Okullarda törenler düzenlenir, çocuklar şiirler okur, şarkılar söyler, halk oyunları sergiler. Dünyanın farklı ülkelerinden gelen çocukların aynı sahnede buluşması ise barışın, kardeşliğin ve dostluğun en güzel görüntülerinden biri olur.
23 Nisan yalnızca bir çocuk bayramı değildir; aynı zamanda milli birlik ve beraberliğin, bağımsızlığın ve halk iradesinin sembolüdür. Bu bayram bizlere geçmişte verilen büyük mücadeleleri hatırlatırken geleceğe karşı da önemli sorumluluklar yükler. Çünkü çocuklarına sahip çıkan milletler, geleceğini de korumuş olur.
Türk milleti tarih boyunca özgürlüğüne, vatanına ve bayrağına sahip çıkmış büyük bir millettir. Bugün de aynı ruh, çocukların gözlerinde parlayan umutla yaşamaktadır. Onların gülüşünde barış, sevgisinde insanlık ve yüreğinde vatan aşkı vardır.
Dileriz ki 23 Nisan’ın taşıdığı birlik, kardeşlik ve umut ruhu sonsuza kadar yaşasın. Çocukların neşesi dünyaya huzur getirsin, milletimizin bağımsızlık meşalesi daima parlasın.

Pərvanə Salmanqızı
Qazeteçi,şair-yazar.

Top