Günay Əliyevanın “Savalan” qəzetində dərc olunmuş ilk yazısı

Günay Əliyevanın “Savalan” qəzetinin N: 15 (4901) 23-29 aprel 2003-cü il sayı, səhifə 5-də dərc olunmuş ilk yazısı
Mən 1985-ci ildə Yevlax rayonunda anadan olmuşam. İbtidai təhsilimi Yevlax rayonundakı Mirzə Ələkbərzadə adına orta məktəbdə almışam. Hal-hazırda təhsilimi Bakı şəhərindəki Novruzov qardaşları adına 36 saylı məktəbdə davam etdirirəm, 11-ci sinif şagirdiyəm. Ən çox sevdiyim fənn ədəbiyyat və tarixdir. Məktəbi bitirdikdən sonra diktor sənətinə yiyələnmək istəyirəm. Sinfin ictimai işlərində fəal iştirak edirəm. “İlin ən yaxşı şagirdi” adına layiq görülmüşəm. İncəsənətə marağım çoxdur. Boş vaxtlarımda bədii ədəbiyyat oxuyuram və şeir yazıram. Yazdığım şeirlərdən birini redaksiyaya göndərirəm.
Məktəb illəri
Bahar təravətli, gül tək ətirli,
Ömrün gözəl çağı, gənclik illəri.
Qayğısız illəri, xoşbəxt illəri,
Səninlə birlikdə yaşayır insan.
Xoşbəxt dəqiqələri, xoşbəxt illəri,
Ömür dəftərinə yazır hər insan.
Məktəbdən kam alır, bilikdən ilham,
Ağıl, kamala yetişir insan.
Hər sətirindən bir inci süzülən,
Kitabı özünə dost seçir insan.
Kitabdan aldığı biliklə, güclə,
Öz muradına yetişir insan.
Müəllif: Günay ƏLİYEVA
GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


