Əziz Ramidə Oktayqızı

Əziz Ramidə Oktayqızı
Psixologiya üzrə fəlsəfə doktoru, Dr. Ramidə Oktay qızı Məmmədova— Orvita Psixoloji Reabilitasiya Mərkəzinin, Orvita Autizm Evi və NR İnklüziv Mərkəzinin təsisçi-direktorudur. O, eyni zamanda Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü, iki kitab müəllifi, çoxsaylı elmi və praktiki məqalələrin müəllifi, eləcə də autizmli uşaqlara dəstək layihələrinin aktiv iştirakçısı kimi tanınır.
Onun məqsədi cəmiyyətin psixoloji rifahına töhfə vermək, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün dayanıqlı dəstək mühitləri yaratmaqdır.Minlərlə insanın qəlbinə işıq salan, ümid və ruh gücü aşılayan Ramidə xanım.Sizə bu xüsusi günündə ən səmimi təbriklərimizi çatdırırıq!
İnsanlığa xidmət yolunda göstərdiyiniz misilsiz səylər, dərdlərə dərman, qaranlığa işıq gətirən fədakarlığınız bütün cəmiyyət üçün böyük dəyərdir. Psixologiya elminin incilərini, insan ruhunun dərinliklərini öz zəhmətiniz və hikmətinizlə birləşdirərək, həyatında çətinlik yaşayanlara yeni həyat gücü verirsiniz. Orvita Reabilitasiya Mərkəzi Sizin rəhbərliyinizdə insanların bərpasına, özünəinamının artmasına və ruhən yenilənməsinə sadiq bir məkan olmuşdur.
Sizin müdrikliyiniz, elmə və insana olan sevginiz, əzminiz və böyük qəlbiniz hər kəs üçün nümunədir. Hər addımınızda insanlığın rifahı naminə göstərdiyiniz xidmətlər, yaradıcı yanaşmanız və insana hörmətiniz, gələcək nəsillərə də dəyərli irs qoyur.
Bu doğum günündə Sizə sağlamlıq, xoşbəxtlik, ilham və yeni uğurlar arzulayırıq. Həyat yolunuz daim işıqlı, qəlbiniz həmişə sevgi dolu olsun! Minlərlə insanın həyatına toxunmağa davam edərək, dünyamızı daha gözəl və ümidli edin!
Doğum gününüz mübarək, dəyərli Ramidə xanım!
Səmimi hörmət və dərin ehtiramla.
Pərvanə Salmanqızı.