Həyat – Beşiklə Məzar Arasındakı Sınaq

Həyat – Beşiklə Məzar Arasındakı Sınaq
Həyat – beşiklə başlayan, məzarla bitən və ortasında saysız-hesabsız sınaqlarla dolu bir yolçuluqdur. Bu yol bəzən sevincin çiçəkləri ilə, bəzən isə kədərin daşlı cığırları ilə bəzənir. Ancaq unutmayaq: hər addım, hər nəfəs bir imtahandır…
İnsanın dünyaya gəlişi özü bir möcüzə, gedişi isə bir sirrdir. Bu iki məqam arasında isə insanın əsl mahiyyəti ortaya çıxır. Kimi bu həyatda sevgi toxumu əkir, kimi nifrət. Kimi iz qoyur, kimi izsizcə gedir. Amma nəticədə hər kəs yaşadıqları ilə imtahana çəkilir. Sözləri ilə, əməlləri ilə, susqunluqları ilə…
Bəzən bir ana göz yaşı ilə, bəzən bir yetimin duası ilə sınağa çəkilirsən. Bəzən səbrinlə, bəzən verdiyin qərarlarla. Sən bilmədən səhnədə rolunu oynayır, bəzən də öz həyatının tamaşaçısına çevrilirsən. Və həyat – bu böyük səhnə – səni özü ilə böyüdür, sınaqlarla yoğurur.
Həyat bizə verilmiş bir fürsətdir. Gözəl yaşamaq, yaxşı insan olmaq, iz qoymaq üçün… Sınaqlar bizi yormaq üçün deyil, formalaşdırmaq üçündür. Beşiklə başlayan bu sınaq, əslində bir məktəbdir. Məzar isə – bu məktəbin son zəngidir…
Həyat bir imtahandır, lakin cavabları sevgi, mərhəmət və dürüstlükdə gizlidir…
PƏRVANƏ SALMANQIZI