Nazim Əhmədli – MƏNİ DOLANDIR BAŞNA

MƏNİ DOLANDIR BAŞNA
Mənim əllərim toxunub,
bir günahın naxışına;
gəlim, öpüm əllərindən,
məni dolandır, başına;
kimdi, mənə səndən yaxın,
perikib dağlardan ahım;
onsuz da çoxdu, günahım,
birini də bağışlama;
daha unut acıları,
dərdin sınıq bacıların;
bulanıb bulud saçların,
gözlərinin yağışına;
kimdi, könlümü güldürən,
gəlmişəm, yenə gül dərəm;
məni oxlayıb, öldürən,
o kirimiş baxışına;
dərd gedə, heçim ağlıya,
həsrət bir biçim ağlıya;
az qalır, içim ağlıya,
yolum qayıdır, axşama.
Müəllif: NAZİM ƏHMƏDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru