Weather Data Source: havadurumuuzun.com

Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib

Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib

Norveçin Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdləri ilə Bakı şəhəri Nizami rayonu 220 saylı lisey-məktəbin şagirdlərinin birgə “Ana dili” gününə həsr edilmiş zoom görüşü keçirilib.
Sözügedən görüşdə istedadlı usaq yazıçısı Gülzar Ibrahimovanın Skandinaviya nağıl qəhrəmanlarına həsr etdiyi “Trolların sirri” nağılının hər iki məktəbinin şagirdləri tərəfindən müzakirəsi edilib. “Trolların sirri” ni oxuyan şagirdlər nağılın çox maraqlı olduğunu vurğulayıb. Sözügedən nağılda qəhrəmanların və adların həm milli, həm də əcnəbi olması şagirdlərin marağına səbəb olub.
Qeyd edək ki, Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdi Səlim Abbazsadə “Trolların sirri”nağlını Norveç dilinə tərcümə edib. S.Abbaszadə“Ana dili “ günü ilə bağlı çəkdiyi rəsmlərini görüş iştirakçılarına təqdim edib.
G.İbrahimova da görüşdə “Ana dili” haqqında yazdığı yeni şeirlərini, mahnılarını və hekayələrini şagirdlər üçün səsləndirib.
Bakı şəhəri Nizami rayonu 220 saylı lisey-məktəbin şagirdləri “Trolların sirri” nağlından bir hissəni səhnələşdirərək iştirakçılara təqdim ediblər.
Oslo şəhərində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu ana dili məktəbinin sagirdləri Ənvər Ramberq, Aida Ramberq, Sabina Əliyeva, Altay Bagheri və Simurq Abbaszadə ana dilinə həsr edilmiş mahnı və şeirlər səsləndiriblər.

Qeyd edək ki,görüşdə iştirak etmiş şagirdlərə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək Birliyi tərəfindən diplomlar təqdim edilib. Fotolar:

Top