Weather Data Source: havadurumuuzun.com

Həqiqət Şamillinin şeirləri

TURAN

Düzülün bayraq altında.
Haydı igidlər sıraya.
Şükr ki, bu birlik oldu,
Türklər gəlir bir araya.

Turan təməli qoyulur,
Düşmənin bağrı oyulur.
Qardaş bayraqlar düzülür,
Xain gözə qan süzülür.

Həyatın nəbzi dəyişir,
Yeni birlik Turan gəlir.
Gözü aydın türk elinin,
Bir bayraq altda birləşir.

El gücündən sel gücünə,
Dönsün türklərin Vətəni.
Heyrətə salsın dünyanı,
Silkələsin hər görəni.

Bu birlikdən ilham alsın,
Bütün qardaş türk xalqları.
Səsləri ucadan gəlsin ,
Qanadlansın arzuları.

Hədə-qorxu gələnlərə,
Layiqli bir cavab olar.
İndi hər bir türk elinin ,
Turan arxasında durar.

Mərd igidlər Vətənində,
Rahat olsun türk milləti.
Türk elləri basılmazdır,
Dünya görsün həqiqəti.

Dinimiz bir, dilimiz bir,
Həmlələrə sinə gərək.
Biz qardaşıq, gücümüz bir,
Yaşa Turan, var ol deyək.

Yolumuz Turan yoludur,
Biz birgə yola çıxırıq.
Bir ağacın qollarıdır,
Türk kökümüzə baxırıq.

Qəddarların , zalımların,
Qarşısında dik durarıq.
Daş atsalar bağımıza,
Öz haqqımızı ararıq.

Qərb də, Şərq də qarışmasın,
İndi artıq türk oyanıb.
Şimal , cənub danışmasın,
Turan birliyi yaranıb.

Bu xəbərə sevinirlər.
Uşaqdan böyüyə ,hamı.
Sanki veriblər dünyanı,
Turan tutub haqq yolunu.

Azərbaycan , Türkiyə,
Birlikdə çəkilər adı.
Hər kəs heyran bu birliyə
Yaxın qoymazlar yadı.

Qazağıstan, Qırğızıstan,
Gəlir, yan-yana durur.
Bu qocaman dünyada,
Əbədi Turan qurur.

Özbəkistan, Türkmənistan,
Yazılsın böyük dastan.
Onlar da qoşulublar,
Yola başlayıb Turan.

Turana vardır məhəbbət,
Türklər başında toplaşır.
Xəyallar olub həqiqət,
Bayraq altında birləşir.

Türk dünyası qurulsun,
Güclü ordusu olsun.
Birləşsin yumruq kimi.
Rəbbim onu qorusun.

SAĞLIĞINDA QƏDRİNİ BİL

Sağlığında qədrini bil,
Öp ananın əllərini.
Nə qədər ki, yanındadı,
Gəl sığalla tellərini.

Nəfəsinin istisini,
Sən hiss elə hər yaşında.
Arzu et ki, o ,dayansın,
Sənin süfrənin başında.

Məsləhət də versin sənə,
Bildiyini qoy öyrətsin.
Hər zaman yanında olub,
Dönsün sənin mələyinə.

Sağlığında qədrini bil,
Birdən getsə heç qayıtmaz.
Anan yoxsa bu dünyada,
Kimsələrdən xeyir olmaz.

Sağlığında qədrini bil,
Dualar etsin balana.
Kim deyərsə əziz olaq,
Heç inanma bu yalana.

Saçlarının hər telinə ,
Sevgi ilə sığal çəkər.
Ancaq ana bala üçün,
Gözünün ağını tökər.

Sağlığında qədrini bil,
Səsi qulağına gələr.
Axtarsan da heç tapılmaz,
Dərdi ürəyini dələr.

Sağlığında qədrini bil,
İyini almaq istərsən.
Deyərsən kaş evdə ola,
Yanında qalmaq istərsən.

Sağlığında qədrini bil,
Səhvin olsa o ,bağışlar.
Bir başqası qınayanda,
Günahı boynuna alar.

Sağlığında qədrini bil,
Tək olanda sənlə qalar.
Ürəyin çox sıxılarsa,
O, könlünə məlhəm olar.

Sağlığında qədrini bil,
Sevgi ilə elə xoşbəxt.
Başqa bir dərdi də olsa,
Qəlbinə dolsun məhəbbət.

Sağlığında qədrini bil,
Qoyma dərd çəkə ürəyi.
Vaxtından qabaq solmasın,
Başa yetsin hər diləyi.

Sağlığında qədrini bil,
Sevdiyini hiss eləsin.
Zəhməti getməmiş boşa,
Bu həyatda o ,da bilsin.

Sağlığında qədrini bil,
Sevgi ilə sənə baxsın.
Günəş kimi boylanaraq,
Baxışından işıq saçsın.

Əllərinin istisini,
Sən hiss elə kürəyində.
Sanki dağa söykənmisən,
Düşünərsən ürəyində.

Sən ananın qədrini bil,
Ona yaxşı qulluq elə.
Ana getsə bir də gəlmir,
Zamanını dəyərləndir.

Ana deyib başqasını,
Heç vaxt səsləyə bilmərik.
Ana qayğısı görməsək,
Qəm -qüssədən tez ölərik.

Hər anasız olanların ,
Boyunları bükük olar.
Xoş etsən də keflərini,
Payız çiçəyitək solar.

Sağlığında qədrini bil,
Övladın da bunu görsün.
Vaxt yetişib qocalanda,
O, da sənə sevgi versin.

Analar da tez inciyər,
Doğma , əziz övladından.
Əgər xətrinə dəyərsə,
Qopar könül dünyasından.

Anam vəfat edən gündən,
Hər şey mənə çox yadlaşdı.
Başqa bir dünyaya düşdüm,
Doğmalar da uzaqlaşdı.

Əlli üçündə itirdim,
Öz anamı bu dünyada.
Neçə yaşın olur olsun,
Ana gərək hər övlada.

Hamı yanında istəyər,
Kimsə doymaz anasından.
Sonra da mələyə dönər,
Köçüb getsə dünyasından.

Anaları sevindirin,
Haqlarını halal etsin.
O dünyaya gedəndə də,
Ruhu rahatlıqla köçsün.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top