Weather Data Source: havadurumuuzun.com

Şəhidlərimizi hörmətlə anırıq

ÖLMƏZLİYƏ UÇALDIN,
ÖLMƏDİN SƏN ŞƏHİDİM.

(Şəhidlərimizi hörmətlə anırıq)

Qəhrəman igidləri,
Daima yaşar gördüm,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.

Məğrur baxışlarında,
Sonsuz arzular gördüm.
Coşdu azadlıq eşqi,
Amalında hər zaman.

Minlərlə insanların,
Tarixi yaddaşında,
Qəhrəman igidləri,
Daima yaşar gördüm.

Qurban oldu vətənə,
Varlığı bu sevdadan,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.

Qızıl qana boyandı,
Ana torpaq ağuşu,
Dinir xatirələrdə,
Adın,sevgin,naxışın.

Polaq kimi dayandın,
Haqq ədalət naminə,
Ölməzliyə uçaldın,
Ölmədin sən Şəhidim.
02.12.2021

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top