Weather Data Source: havadurumuuzun.com

Xocalı sakini Göygöldə yol qəzasında həyatını itirib

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ZeferNews.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Xocalı rayon sakini 43 yaşlı Emin Novruzov idarə etdiyi “BMW” markalı minik maşını ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarət alaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Emin Novruzov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Top