Weather Data Source: havadurumuuzun.com

BƏYƏNAT

Son illər dünyada baş verən qlobal və siyasi dəyişikliklər, böyük güclərin mübarizəsi
fonunda ölkəmizin yürütdüyü balanslı siyasət nəticəsində xalqımızın əldə etdiyi, eyni
zamanda dünya hərb tarixinə qızıl hərflərlə yazmış olduğu Zəfər tarixi sayəsində
dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. 44 gün davam edən Vətən
müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində 30 il düşmən işğalında qalmış əzəli və
tarixi torpaqlarımız işğaldan azad olundu. Bu ədalət və haqq uğrunda mübarizədə xalqımız
birlik və həmrəylik göstərərək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu vəhdətin
sayəsində möhtəşəm qələbə qazanaraq adımızı dünya tarixinin səhifəsinə qızıl hərflə
yazdırmış olduq.
Ədalət və haqq davamızda 30 il susqun qalmış super güclərin ölkəmizə qarşı
təyziqlərinə, qara piarlarına baxmayaraq döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi
ard-arda qələbələr ilə paralel siyasi və beynəlxalq arenada Ali Baş Komandanın sərgilədiyi
əzmkarlıq, qətiyyətlilik və çevik diplomatik mübarizə sonda xalqımızın qələbəsi ilə sona
çatdı.
7 dekabr 2023-cü il tarixində cənab Prezidentin sərəncamı ilə 7 fevral 2024-cü il
ölkəmizdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan olundu.
“Dünya Türklərinin Birliyi” təşkilatı olaraq növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkilərində Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin
namizədliyini birmənalı olaraq dəstəklədiyimizi və bunun seçki kompaniyasında
fəaliyyətimizin əsas xətti olacağını bəyan edirik.

 

“Dünya Türklərinin Birliyi”
təşkilatının Başqanı:  P.A.Usubov

Top