NUR İÇİNDƏ YATAN MƏLƏK YENİ ƏBƏDİ MƏNZİLİN MÜBARƏK

NUR İÇİNDƏ YATAN MƏLƏK
YENİ ƏBƏDİ MƏNZİLİN MÜBARƏK
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Allahına sığınan bəndəyə düşən pay:- bu məhəbbət və mərhəmət payından şükürlü olan , elm öyrənib öyrədən, yüksək peşəkarlığı ilə seşilən Haqq dünyasına qovuşmuş Əməkdar müəllim Dilşad həkim!
Sakit təbiətli, təvazökar və ləyaqətli həkim Dilşad Mahmudova. Öz adını böyük sözlərlə deyil, illərin zəhməti, peşəsinə sədaqəti və insanlara xidməti ilə tanıdan bir həkim! Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirmiş, ömrünün böyük hissəsini səhiyyənin ən məsuliyyətli sahələrindən birinə – İİV/QİÇS-in profilaktikası və epidemioloji nəzarətinə həsr etmişdi. Respublika QİÇS-lə Mübarizə Mərkəzində uzun illər çalışmış, bu sahənin formalaşması və inkişafında əməyi olmuşdu. Eyni zamanda uzun illər Azərbaycan Tibb Universitetində gələcəyin həkimlərinə öz bilik və təcrübəsini ötürmüşdü.
Dilşad xanım bütün bu peşəkar uğurlardan daha çox başqa bir xüsusiyyəti ilə xatırlanacaq:- sadəliyi ilə. O, gördüyü işdən danışmağı sevənlərdən deyildi. Titulları ilə öyünməz, özünü sözlərlə önə çıxarmazdı. Fəaliyyətinə nəzər salanda öz peşəsinə layiqincə yerinə yetirən, həkim müəllim obrazını görürük. Sadə, mehriban, qətiyyətli, İnsana, Vətənə sevgisi zəngin bir şəxsiyyət -Dilşad həkim! Onu tanıyanlar bilirdi ki, Dilşad xanımın ən böyük təqdimatı elə gördüyü iş idi. Bəzən insanın böyüklüyü tutduğu vəzifələrlə deyil, öz işinə necə münasibət göstərməsi ilə ölçülür.Dilşad Mahmudova da belə insanlardan idi.
Dünyaya tək gəlir,
Tək gedir İnsan!
Təklik deyil qorxulu!
Özünü tək hiss eləsən qorxulu!
Allahına sınan tək olamaz biləsən!
Özünü üzməyəsən!
Deyirdin Allah məni həmişə yaxşı insanlarla rastlaşdırıb. Onlar mənim yollarımı işiqlandırıb! Öz içində olan işıq səni nurlandırıb! İçində olan İlahi Eşq səni çoxlarından daha varlı edib! Sənin varın olan nəcib xasiyyətin,Yaradanın yaraddıqlarına olan sevgin, saf niyyətin xoşbəxtliyin oldu. Seçdiyin peşəyə olan vurğunluğun sənin uğurun! Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli müəllimdən asılıdır. Gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir müəllim. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməklə həyata keçirdiyi müqəddəs bir vəzifəni, ilahi bir missiyanın daşıyıcısı dəyərli ziyalı, peşəkar pedaqoq , gözəl İnsan Əməkdar müəllim Dilşad Mahmudova.
Əziz Dilşad xanımı yubiley yaşın münasibətilə təbrik etdik! Bu gün o yeni mənzilində üyuyur!Dilşad xanım respublikada tanınan, sevilən , həyat sevgisi ilə dolu gözəl insan, istedadlı müəllim,peşəkar həkim vəfalı dost idi. Uzun müddət idi amansız xəstəliklə mübarizə aparırdı! O qədər ağrı-acıya rəğmən yenə də narahatlığını dilə gətirməzdi, üzünüzdəki təbəssümü bir an belə əskik olmazdı…
Bu bir Qədər qismətdi! Ad gündə Onu doğmaları, əzizləri, dostları təbrik etdilər
ona olan sevgilərini, arzularını dilə gətirdilər, son dəfə danışdım onula…Nə yaxşı bu təbrikləri sevinərək dinləmək qisməti oldu. Bu gün nə qədər çətindir sənin doğmalarına, səni sevənlərinə, əlimizdən nə gəlir ki..
Dilşad xanıma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.Urəklərdə yaşayacaqsan İnsanlığınla, xeyirhaqqlığınla, yetirdiyin tələbələrinin uğurlarında! Elm öyrənib öyrədənin yeri Cənnət Məkandır!Öz Cənnətini sağlığında qazandın əməlinlə, xidmətinlə!!!
Yeni Mənzilin mübarək olsun əzizimiz Dilşad xanım !
İşinin peşəkarı,işini sevən,işinin fədakarı sevimlim Dilşad xanım!
Bu bir Qədər, bu bir Qismət!
Dünyaya gələn Zaman!
Yazın yazılan Zaman!
Yaradana qovuşan!
Bil anında yazılır!
Günün ,ayın, bil dəqiqən yazılır!
Nə tələsmək,Nə də gecikmək olmaz!
Vaxt yetişən Zamanda,
Haqqına qovuşursan!
Doğmalarınla vidalaşırsan!
Yaddaşlarda Yaşayarsan!
İnsanlığı, sağlam düşüncə və yanaşması, ünsiyyət ilə qəlblərdə özünə taxt qurmuş “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsinin Eksperti Dilşad Mahmudovanin əziz xatirəsi onu tanıyanyarın qəlbində daimə yaşayacaq. Layihə Spikirləri adında Dilşad həkimin doğmalarına, əzizlərinə , onu tanıyanlara baş sağlı veririk! Yerin Cənnət Məkan olsun Əzizimiz Dilşad Xanım!

Hörmət və Ehtiramla:
Zülfiyyə Vəliyeva-Əməkdar müəllim
Jalə Mirsaab- layihə rəhbəri


