Weather Data Source: havadurumuuzun.com

Qazi Samid Xudadlı ümumrespublika müsabiqəsinin qalibi olub

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti xanəndəlik ixtisası üzrə tələbəsi, Vətən müharibəsi qazisi Samid Xudadlı ümumrespublika müsabiqəsinin qalibi olub.

Zefernews.az xəbər verir ki,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Fəxr edirəm ki, Azərbaycanlıyam” IX ümumrespublika müsabiqəsində Samid Ramazan oğlu Xudadlı muğam və mahnı nominasiyası üzrə 3cü yerin qalibi olub.

Top