Lənkəran MKS-də “Qadının saflığı, cəmiyyətin saflığıdır” adlı tədbir keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 25 noyabr “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Qadının saflığı, cəmiyyətin saflığıdır” adlı tədbir keçirildi.
Zefernews.az xəbər verir ki,
Tədbirdə Kitabxana əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri, müəllimləri, psixoloqları iştirak ediblər.
Çıxış edən Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktoru Arzuyə Rufullayeva, Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin psixoloqu Kamilə Nəzərova, 5nömrəli tam orta məktəbin psixoloqu Anara Nəzərova, 10nömrəli məktəbin direktor müavini Rəsidə Məmmədova, 4nömrəli humanitar təmayüllü məktəb liseyinin psixoloqu Şölə Hüseynova məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasından, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və bu qlobal məsələnin daha çox qurbanı olan qadınların öz potensiallarını göstərmək üçün göstərə biləcəyimiz dəstəkdən danışıblar.
Sonra psixoloqlar tərəfindən məktəbliləri maraqlandıran sualları cavablandırılıb.



