Weather Data Source: havadurumuuzun.com

Şairə Xatirə Xatunun yaradıcılığına həsr olunmuş “Boşuna Yaşamadım” adlı tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə Lənkəranlı şairə Xatirə Xatunun yubiley – yaradıcılığına həsr olunmuş “Boşuna yaşamadım” adlı təntənəli tədbir keçirildi.

Zefernews.az xəbər verir ki,

Görüşdə şəhid anaları, tanınmış ədəbiyyat adamları, ziyalılar, poeziyasevərlər, tələbələr və şairənin ailə üzvləri iştirak edirdilər.

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova yubilyarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. İstedadlı şairəni yubileyi münasibətilə təbrik edib ona gələcək yaradıcılığında uğurlar arzuladı.

Tədbirdə çıxış edənlər AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, tanınmış jurnalist, siyasi şərhçi, şair Elçin Mirzəbəyli, Lənkəran Dövlət Universitetinin professoru, Əməkdar müəllim Yədulla Ağazadə, şəhid anası Fatimə Quliyeva, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad, Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, Lənkəran Dövlət Tarixşünaslıq Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, bəstəkar Zəminə Tariyelqızı, şairlərdən Balayar Sadiq, Ülkər Nicatlı, Ziyafət Yəhya, Əyyub Türkay, Tükəzban Cahangirova, Məmməd Əvəzoğlu və Xatirə Xatunun bacısı Ülkər Səfərəliyeva və oğlu Sərxan Kərim

yaradıcılıq, şeir mədəniyyəti, sənət və şairə Xatirə Xatun haqqında fikir söylədilər, şairənin qələmə aldığı poeziya nümunələri səsləndirildi.

 

Tədbir boyu şairənin yaradıcılıqlarından bəhs edən videoçarxlar nümayiş olundu. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Bədii qiraət və natiqlik” dərnəyinin ûzvləri müxtəlif şeirlər söylədilər, tanınmış müğənnilər, “Nənələr” folklor qrupu, “Nəvələr” mahnı və rəqs qrupu, Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları rəqs nümunələri ilə çıxış etdilər.

 

Sonda yubilyar başda şəhid anaları olmaqla görüşə qatılan, fikir söyləyən hər kəsə öz təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi.

Top